Əbu Hənifənin əqidəsi

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Keçən yazımızda Əbu Hənifə ilə həməsir və ondan sonra yaşamış olan sünni hədis alimlərinin Əbu Hənifə haqqındakı fikirlərini sizlərlə paylaşmışdıq. Bu yazımızda isə inşəAllah sənədli bir şəkildə yenə Əbu Hənifə ilə həməsr olan sünni hədis alimlərinin və Əbu Hənifənin öz tələbələrinin dilindən Əbu Hənifənin əqidəsini sizlərlə paylaşacağıq. Əbu Hənifənin fiqhi Quran və Sünnəyə deyil, öz fikir və müqayisələrinə istinad etdiyi kimi əqidəsi də xarabdır. Əbu Hənifə əqidəsi baxımından Əhli-Sünnədən bu fikirləri ilə fərqlənir:

a)      İman artmaz və azalmaz (mürciəlik)
b)      Quran məxluqdur (cəhmilik)
c)       Hökümdarlara qarşı üsyan caizdir (xaricilik)

İndi burada əvvəlcə Əbu Hənifənin öz dilindən öz əqidəsini, daha sonra isə şagirdləri başda olmaqla özü ilə həməsr olanların onun əqidəsi haqqındakı sözlərini sizlərlə paylaşacağıq.

Okumaya devam et

İlk dövr sünni mühəddislərinin Əbu Hənifə haqqında nəzərləri

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bilindiyi kimi Hənəfi məzhəbinin imamı Əbu Hənifə sünni və nasibilər tərəfindən böyük və fəzilət sahibi bir alim olaraq görülməkdədir. və onlara görə Əbu Hənifə ” imami əzəm ” yəni” böyük imam” dır. Lakin əhli sünnənin Malik , Süfyan əs- Səvri və Əvazə başda olmaqla az qala bütün mütəqəddim üləması Əbu Hənifəni təkfir etməkdə və lənətlənməkdədir. Bbunun səbəbi isə Əbu Hənifənin fiqhdə qiyası tətbiqi və hədisləri rədd etməsi , əqaiddə isə mürciəcəhmi görüşlərə sahib olmasıdır. Necə ki bu gün Əbu Hənifə haqqında ortaya atılan əsassız nağıllara deyil Əbu Hənifənin düşüncələrini mənbələrdən əldə edənlər üçün qətidir. İnşaAllah biz bu yazıda öz dövrlərində nüfuz olan sünni mühəddislərin Əbu Hənifə haqqında dediklərini sizlərlə paylaşacağıq.

ebu-hanife-ukayliebu-hanife-ukayli1ebu-hanife-ukayli2şebu-hanife-ukayli3ebu-hanife-ukayli4ebu-hanife-ukayli5ebu-hanife-ukayli6

Şəkildə gördüyünüz əhli sünnə rical alimi Üqəylinin  “əd – Duafa əl-Kəbir” adlı rical kitabıdır. Kitabın adından da göründüyü kimi, bu kitab zəif ravilərdən zikr edildiyi bir kitabdır. Üqəyli Əbu Hənifəni zəif ravilər arasında zikr etməkdə və əhli sünnə alimlərindən bunları köçürməkdədir : Okumaya devam et