İmam Əli (ə.s)-ın minbərlərdən lənətlənməsi və təhqir olunması

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Mövzu nədən ibarətdir?

Keçmiş mövzularda qeyd etdik ki, bəziləri hətta Əhli-beytin (ə.s) adının çəkilməsinə belə nifrət ediblər, bu adlardan xoşları gəlməyib, bu adlarla mübarizə aparılıb, Onların (ə.s) adı salavatdan çıxarılıb, müxtəlif tərzlərdə Onlara (ə.s) təzyiqlər göstərilib.

İmam Əli (ə.s)-ın Bəni Üməyyə xəlifələrinin əmrilə minbərlərdən lənət olunması və təhqir olunması belə təzyiqlərdən biridir.

Görəsən əhli-xilaf alimləri (ta qədimdən müasir alimlənə qədər) Əli (ə.s)-ın minbərlərdən lənətlənməsi və söyülməsini etiraf ediblərmi? Biz bu məsələni araşdıracayıq.

Ərəb dilində “lən” və “səbb” kəlmələri var. “Lən” – yəni, Allah rəhmətindən qovmaq və ya ovular deməkdir. “Səbb” isə – bir şəxsin haqqında təhqirdici, nalayiq kəlmələr istifadə etmək deməkdir. Yəni, söyüş. O, Həzrətə (ə.s) onilliklərlə lənət oxudulub və söyülüb. Amma indi hər hansı bir sələfidən soruşsan ki, bəni Üməyyə Müaviyyənin (l.ə) rəhbərliyi altında rəsmi hökumət əmri olaraq Hz. Əli (ə.s)-a lənət oxudulub ya yox? İnkar edəcək ki, xeyr. Belə bir şey ola bilməz. Bu mümkün deyil. Bütün səhabələr mehriban olublar. Bütün bu almanac və ixtilafı şiələr uydurublar. Amma əsrlər boyu ahli-xilaf alimləri etiraf ediblər ki, Əli ibn Əbu Talib (ə.s) minbərlərdə lənətlənib, təhqir olunub və bu batil sünnəni Ömər ibn Əbdül Əziz (Allah rəhmət etsin) ləgv edib. İndi milyon sələfi cəm olub defiler ki, yox biz qəbul etmirik. Onların qəbul etməməklərilə deyil ki. Çünki onlar alim deyil. Çünki onlar əhli-xilaf məzhəbinin kökünü quranlar deyil. Bu məzhəbin özülünü qoyanlar deyiblər ki, İmam Əli (ə.s) həm lənət olunub, həm söyülüb.

Okumaya devam et

Reklamlar

Rəsulullah (s): Rəbbimi üzü tüksüz, sallanmış qıvrım saçları olan bir cavan oğlan surətində gördüm

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Müəllif: İmam, əllamə, hənbəli məzhəbinin  şeyxi Əbu Yalə Muhamməd ibn Huseyn ibn Muhamməd ibn Xələf ibn Əhməd əl-Bağdadi əl-Hənbəli əl-Fərra (vəfat tarixi h.q 458), “İbtal ət-təvilat li əxbar əs-sifat” kitabı, səh 143-145

ibtal_tevilat_1 ibtal_tevilat_2 ibtal_tevilat_3 ibtal_tevilat_4

Qətadə İkrimədən, İkrimə İbn Abbasdan rəvayət edir: Rəsuləllah buyurdu:
“Rəbbimi üzü tüksüz, sallanmış qıvrım saçları olan bir cavan oğlan surətində yaşıl bağda gördüm”.

Mənə gəlib çatmışdır ki, ət-Təbərani deyib: Qatadənin Ikrimədən, Ikrimənin İbn Abbasdan,onun da Peyğəmbərdən (s) rəvayət etdiyi (Allahı) görmək barədə hədisi səhihdir.

Okumaya devam et

Nasibi fiqhi Əhli-Beyt (ə)-in icmasını höccət olaraq görmür

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Məlum olduğu üzrə nasibilər yalnız Əhli Beyt (ə)-i sevdiklərini iddia etməklə yetinməməkdə, buna əlavə olaraq özlərinin Əhli Beyt (ə)-ə tabe olduqlarını; özlərinin Əhli Beyt (ə)-in sahib olduğu əqidəyə sahib olduqlarını və əgər Əhli Beyt (ə) bir şeyi əmr etsə onu qəbul edəcəklərini, höccət olaraq görəcəklərini iddia etməkdədirlər. Yaxşı əslində nasibi əqidəsində bu mövzuda nə deyilməkdədir? Gerçəkdə nasibi dini Əhli Beyt imamları (ə)-dən hər hansı birinin sözlərini və ya Əhli Beyt (ə)-in haqqında fikir birliyində olduğu bir mövzunu höccət olaraq görürlərmi? İnşəAllah bu yazıda nasibi alimlərinin bəyanı ilə bu mövzuda məlumat verəcəyik.

Okumaya devam et

İbni Məsud: “Fələq və Nas surələri Qurandan deyildir.”

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Keçən yazımızda nasibi təfsirçilərindən Qurtubinin “ibni Məsud muavviz’teynin Quran surələri olduğunu inkar etmişdir” ifadəsini (məqaləsini) təqdim edərkən (baxın: Qurtubi: “İbni Məsud Muavvəzəteynin Quran surələri olduğunu inkar etmişdir”) bu mövzunun məşhur olduğunu, mövzu haqqında nasibi mənbələrində kifayət qədər məlumat olduğunu söyləmişdik. İnşəAllah bu yazıda nasibi qaynaqlarından sənədli bir şəkildə bu rəvayətləri paylaşacağıq. Amma rəvayətləri paylaşmadan əvvəl bir daha ifadə etmək istəyərik ki, bunlar qətiliklə ibni Məsud (r.ə) kimi bir səhabə tərəfindən deyiləcək sözlər deyil. Tam əksinə, bunlar yalnız nasibilərin ibni Məsud (r.ə)-yə nisbət etdiyi yalan və böhtanlardır.

Okumaya devam et

Nasibi imamı Həsən əl-Bəsri Hz. Nuh (ə)-in namusuna dil uzadır

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… Qiymətli qardaşlarımız, bir tərəfdən Quran və Sünnəti-Nəbi (s) işığında İslam gerçəklərini təqdim edərkən, bir tərəfdən də nasibilərin öz mənbələrindən sənədli bir şəkildə əqidə və inanclarını təqdim etməyə davam edirik. Bugünki işimizdə sizlərə nasibilərin böyük imamlarından Həsən əl-Bəsrinin Hz. Nuh (ə) haqqındakı çirkin ifadələrini təqdim edəcəyik. Amma əvvəlcə Həsən əl-Bəsrinin şəxsiyyəti və nasibilərin nəzdindəki mövqeyi haqqında məlumat veririk. əz-Zəhəbi onun bioqrafiyasında deyir ki:

Okumaya devam et

Nasibilər və “Qaranik” böhtanı

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… Salman Rüşdü adlı lənətlənmiş və onun qələmə almış olduğu “Şeytanın ayələri” adlı kitab çox məşhurdur. O bu kitabı yazdıqdan sonra müsəlmanlar ona etiraz etmiş, aksiyalar təşkil etmişdirlər. Mərhum imam Seyid Xomeyni (r.ə) bu kitabda Əfəndimiz (s) haqqındakı çirkin böhtan və iddialardan ötəri müəllif, yəni Salman Rüşdü haqqında ölüm fətvası vermişdir. Və bunun nəticəsində Salman Rüşdü deyilən lənətlənmiş İngiltərədə qalmaq məcburiyyətində qalmışdır. Ancaq Salman Rüşdünün etdiyindən daha pis olanı isə bu mövzuya mənbəliyi bütün dünya tərəfindən İslami bir məzhəb olaraq tanınan nasibilərin etmiş olmasıdır. Çünki bu böhtan nasibilərin mənbələrindədir. Bu işimizdə inşəAllah bu böhtanın olduğu nasibi qaynaqlarından bəzilərini sizlərə təqdim edəcəyik.

Okumaya devam et

Süfyan ibn Üyeynənin imam Cəfər əs-Sadiq (ə)-a olan kini

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bu yazımızda hər bir sünni və nasibinin “bizdə Əhli Beyti sevirik” iddasının yalan və yalnız bir təqiyyə olduğunu şəxsən öz imamlarından olan Süfyan ibn Uyəynənin dilindən bir daha bilgiləyəcəyik. Amma əvvəlcə Süfyan ibn Üyeynə və nasibilər nəzdindəki mövqeyi haqqında məlumat veririk. Nasibi rical alimi əz-Zəhəbi onun bioqrafiyasında deyir ki:

سفيان بن عيينة ( ع )  ابن أبي عمران ميمون مولى محمد بن مزاحم ، أخي الضحاك بن مزاحم الإمام الكبير حافظ العصر ، شيخ الإسلام أبو محمد الهلالي الكوفي ، ثم المكي
Süfyan ibn Üyeynə ibn Əbu İmran Meymun, Dahhaq ibn Məzahimin qardaşı Məhəmməd ibn Məzahimin mövalisi, böyük imam, əsrinin hafizi, Şeyxul-İslam, Əbu Məhəmməd əl-Hilali əl-Kufi, sonra Məkki.

əz-Zəhəbi, “Siyər”, 9/454 Okumaya devam et