Rəsulullah (s): Rəbbimi üzü tüksüz, sallanmış qıvrım saçları olan bir cavan oğlan surətində gördüm

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Müəllif: İmam, əllamə, hənbəli məzhəbinin  şeyxi Əbu Yalə Muhamməd ibn Huseyn ibn Muhamməd ibn Xələf ibn Əhməd əl-Bağdadi əl-Hənbəli əl-Fərra (vəfat tarixi h.q 458), “İbtal ət-təvilat li əxbar əs-sifat” kitabı, səh 143-145

ibtal_tevilat_1 ibtal_tevilat_2 ibtal_tevilat_3 ibtal_tevilat_4

Qətadə İkrimədən, İkrimə İbn Abbasdan rəvayət edir: Rəsuləllah buyurdu:
“Rəbbimi üzü tüksüz, sallanmış qıvrım saçları olan bir cavan oğlan surətində yaşıl bağda gördüm”.

Mənə gəlib çatmışdır ki, ət-Təbərani deyib: Qatadənin Ikrimədən, Ikrimənin İbn Abbasdan,onun da Peyğəmbərdən (s) rəvayət etdiyi (Allahı) görmək barədə hədisi səhihdir.

Həmin mənbənin 144-cü səhifəsində:

Əbu Bəkr Əhməd b. Muhamməd b. Abdullah b. Sədəqə Əl-Bağdadi dedi: “İkrimənin hədisinə iman etməyən şəxs zındığdır”.

Əbu Zər`ə Ər-Razi dedi: “Kim Qatadənin İkrimədən, İkrimənin İbn Abbasdan rəvayət etdiyi “Rəbbimi üzü tüksüz, sallanmış qıvrım saçları olan bir cavan oğlan surətində yaşil bağda gördüm” hədisini inkar etsə mu`təzilidir”.

Həmin mənbənin 145-cü səhifəsində:

Əhməd b. Hənbəl (bu hədis barədə) dedi: “Kim hədisə və ya hədisdə olan bir şeyə şəkk etsə cəhmidir. Onun şəhadəti qəbul olunmaz, ona salam verilməz, xəstələndikdə ziyarətinə gedilməz”.

Müəllif: Əhməd ibn Əbdül Həlim ibn Əbdüs Səlam ibn Teymiyyə əl-Hərrani (vəfat tarixi h.q 728), “Bəyan təlbis əl-cəhmiyyə” kitabı, VII cild, səh 194 

beyan_telbis_1 beyan_telbis_2 beyan_telbis_3

“İmam Əhmədin təhdis etməyə əmr etdiyi bu hədis onun Rəbbini yuxuda görməsini açıq-aydın ifadə edir. Bu ləfzlər ibn Abbasın hədisində gələn ləfzlərə bənzərdir.”

Nəticə:

1. Xahiş edirik, belə bir Allaha (n.b) iman gətirənlər cavab versinlər ki, bütpərəstlərdən nə ilə fərqlənirlər?
2. Nəyə görə onun timsalını düzəldib evlərinizə qoymursunuz? Bununla kiçik yaşlı uşaqlarınıza məbudunuzu daha tez anlada bilərsiniz.

Mənbə: burhani.info/Əhli xilafda “Tovhid”. Allah cavan oğlan surətində. (n.b)

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s