Nasibi fiqhi Əhli-Beyt (ə)-in icmasını höccət olaraq görmür

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Məlum olduğu üzrə nasibilər yalnız Əhli Beyt (ə)-i sevdiklərini iddia etməklə yetinməməkdə, buna əlavə olaraq özlərinin Əhli Beyt (ə)-ə tabe olduqlarını; özlərinin Əhli Beyt (ə)-in sahib olduğu əqidəyə sahib olduqlarını və əgər Əhli Beyt (ə) bir şeyi əmr etsə onu qəbul edəcəklərini, höccət olaraq görəcəklərini iddia etməkdədirlər. Yaxşı əslində nasibi əqidəsində bu mövzuda nə deyilməkdədir? Gerçəkdə nasibi dini Əhli Beyt imamları (ə)-dən hər hansı birinin sözlərini və ya Əhli Beyt (ə)-in haqqında fikir birliyində olduğu bir mövzunu höccət olaraq görürlərmi? İnşəAllah bu yazıda nasibi alimlərinin bəyanı ilə bu mövzuda məlumat verəcəyik.

icma-itret-sevkani icma-itret-sevkani1

Şəkildə gördüyünüz nasibi imamlarından Məhəmməd b. Əli əş-Şövqaninin “İrşad əl-Fuhul” adlı üsul kitabıdır, işarələdiyimiz yerdə bu ifadələr var:

وذهب الجمهور أيضا إلى أن إجماع العترة وحدها ليس بحجة ، وقالت الزيدية  والإمامية  هو حجة ، واستدلوا بقوله تعالى : إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا والخطأ رجس فوجب أن يكونوا مطهرين عنه
Və cumhur Əhli Beytin icmasının höccət olmadığını mənimsəmişdir. Zeydiyyə və imamiyyə isə bunun (Əhli Beytin icmasının) höccət olduğunu söyləyirlər və dəlil olaraq Təthir ayəsini təqdim edirlər: “Ancaq və ancaq Allah, ey Əhli Beyt, sizdən hər növ pisliyi, günahı aradan qaldırmaq və sizi tam bir təmizliklə tərtəmiz bir hala gətirməyi diləyər” (Əhzab surəsi, 33-cü ayə).

Əş-Şövqani, “İrşad əl-Fuhul”, 1/396

Görüldüyü kimi əş-Şövqani açıq şəkildə Əhli Beytin icmasının höccət olmadığını ifadə etməkdədir. Nasibilərin digər imamları da bunu açıqca dilə gətirmişdirlər. Məsələn əz-Zərkəşi “Silsilətuz-Zəhəb”, səhifə 370-də; əl-Firuzabadi “Təbsirə fi usulul-fiqh”, səhifə 368-də; Şəmsəddin əl-Məqdisi “Usulul-Fiqh”, səhifə 410-da; əl-Mavərdi “ət-Təcbir şərhut-Təhrir”, 4/1595-də; əl-Amidi “əl-Əhkam fi usulul-əhkam”, səhifə 352-də Əhli Beyt (ə)-in icmasının höccət olmadığını söyləmişdir.

Bu sözlərdən açıq şəkildə göründüyü kimi nasibilərin “Əhli Beytin hər sözü bizim üçün əmrdir” və s. kimi sözləri açıqca yalandır. Nasibilər Əhli Beyt imamları (ə)-in hər hansı birindən rəvayət edilmiş bir fikri və ya bütün Əhli Beyt imamları (ə)-in bir mövzudakı fikir birliyini höccət (dəlil) olaraq görməməkdədirlər.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s