İbni Məsud: “Fələq və Nas surələri Qurandan deyildir.”

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Keçən yazımızda nasibi təfsirçilərindən Qurtubinin “ibni Məsud muavviz’teynin Quran surələri olduğunu inkar etmişdir” ifadəsini (məqaləsini) təqdim edərkən (baxın: Qurtubi: “İbni Məsud Muavvəzəteynin Quran surələri olduğunu inkar etmişdir”) bu mövzunun məşhur olduğunu, mövzu haqqında nasibi mənbələrində kifayət qədər məlumat olduğunu söyləmişdik. İnşəAllah bu yazıda nasibi qaynaqlarından sənədli bir şəkildə bu rəvayətləri paylaşacağıq. Amma rəvayətləri paylaşmadan əvvəl bir daha ifadə etmək istəyərik ki, bunlar qətiliklə ibni Məsud (r.ə) kimi bir səhabə tərəfindən deyiləcək sözlər deyil. Tam əksinə, bunlar yalnız nasibilərin ibni Məsud (r.ə)-yə nisbət etdiyi yalan və böhtanlardır.

muavvazateyn-buhari muavvazateyn-buhari1
Şəkildə gördüyünüz nasibilərin ən etibarlı mühəddisi Buxarinin “əs-Səhih” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

حدثنا علي بن عبد الله حدثنا سفيان حدثنا عبدة بن أبي لبابة عن زر بن حبيش ح وحدثنا عاصم عن زر قال سألت أبي بن كعب قلت يا أبا المنذر إن أخاك ابن مسعود يقول كذا وكذا فقال أبي سألت رسول الله صلى الله عليه وسلم فقال لي قيل لي فقلت قال فنحن نقول كما قال رسول الله صلى الله عليه وسلم
Mənə Əli b. Abdullah rəvayət etdi, dedi ki: mənə Süfyan rəvayət etdi, dedi ki: Ubadə b. Əbu Lubabə və Asam Zirr b. Hubeyşdən rəvayət etdilər, dedi ki: Ubeyy b. Kəəbdən soruşdum və dedim ki: “ya Əba Munzir! Qardaşın Abdullah b. Məsud belə belə sözlər söyləyir, sən nə deyirsən?” Ubeyy dedi ki: Bu iki surəni mən də RəsululIah (s.)-ya soruşdum, mənə dedi ki: «”Bunlar Qurandandır, oxu!” deyildi. Mən də oxudum”» sonra Ubeyy dedi ki: “Budur biz də Rəsulullahın oxuyub söylədiyi kimi oxuyuruq.”

Buxari, “əs-Səhih”, 3/335, Təfsir kitabı, bab 114, hədis 4977

Hədisi Buxarinin müəllimi Humeydi “Müsnəd”, 1/367, hədis 378-də; Əhməd b. Hənbəl “Müsnəd”, 5/129, hədis 21224-də; Buxarinin bir başqa müəllimi ibni Əbu Şeybə əl-Kufi “Müsənnəf”, 6/146, hədis 30202-də rəvayət etmişdir.

Hədisin mətninə gəlincə, Buxari burada hədisi montajlamış (inşəAllah mövzu haqqında daha sonra nasibilərin senzuraları hissəsində yazacağıq) və Zirrin sözünü belə təqdim etmişdir: “ibni Məsud belə-belə sözlər söyləyir.” lakin Buxarinin müəllimləri hədisi olduğu kimi təqdim etmişdir ki, onların rəvayət etdiyi hədisdə Zirrin sözü bu şəkildədir: “ibni Məsud muavvizəteyni Müqəddəs kitabdan sildi.”

muavvazateyn-musannaf muavvazateyn-musannaf1
Şəkildə gördüyünüz sünni hədis alimi, Buxari və Müslim başda olmaq üzrə sünnilərin bir çox aliminin müəllimi olan ibni Əbu Şeybənin “Müsənnəf” kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

حدثنا أبو الأحوص عن أبي إسحاق عن عبد الرحمن بن يزيد قال رأيت عبد الله محا المعوذتين من مصاحفه وقال لا تخلطوا فيه ما ليس منه
Əbul Əhvas mənə Əbu İshaqdan, o da Əbdürrəhman b. Yeziddən rəvayət etdi, dedi ki: Abdullah b. Məsudun muavvizəteyni müqəddəs kitabdan sildiyini və belə dediyini gördüm: “Qurandan olmayanı ona qarışdırmayın.”

ibni Əbu Şeybə, “Müsənnəf”, 6/146, hədis 30205

Hədisi Əhməd b. Hənbəl “Müsnəd”, 5/129, hədis 21226-da Əbu İshaq adlı raviyə qədər dəyişik bir sənəd ilə, ondan sonra isə yuxarıdakı sənəd ilə rəvayət etmişdir. Əhmədin rəvayətində ibni Məsudun bu 2 surə haqqında “onlar Qurandan deyil” dediyi keçməkdədir. Hədisin səhhətinə gəlincə, nasibilərin hədis alimlərindən Heysəmi bu hədisi öz kitabında Əhməd b. Hənbəldən rəvayət etdikdən sonra deyir ki:

رواه عبد الله بن أحمد والطبراني ورجال عبد الله رجال الصحيح ورجال الطبراني ثقات
Abdullah b. Əhməd və Təbərani rəvayət etmişdirlər. Abdullahın ricalı “Səhih (Buxari)”ın ricallarındandır və Təbəraninin ricalları siqat (güvənilənlərdən)dir.

Heysəmi, “Məcməuz-Zəvaid”, 7/149, 11562

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s