İbni Abbas (r.ə): “Nəvvaf əl-Bəkkali yalançı və Allah düşmənidir”

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Qiymətli bacı və qardaşlarımız, nasibilərin dinlərini sizlərlə paylaşmağa davam edirik. Bu işimizdə nasibilərin imamlarından biri olan Nəvvaf əl-Bəkkali haqqında sizlərə məlumat verəcəyik. Məqalədə təqdim edəcəyimiz mənbələr alhak.org saytında Esedullahil Galib niki ilə yazan qardaşımıza aiddir. Esedullahil Galib qardaşımızın yazısı bu linkdədir: http://www.alhak.org/vb/showthread.php?t=33435

nevvaf-el-bekkai-buhari nevvaf-el-bekkai-buhari1

Şəkildə gördüyünüz nasibilərin ən etibarlı mühəddisi Buxarinin “əs-Səhih” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

حدثنا علي بن عبد الله حدثنا سفيان حدثنا عمرو بن دينار قال أخبرني سعيد بن جبير قال قلت لابن عباس إن نوفا البكالي يزعم أن موسى صاحب الخضر ليس هو موسى بني إسرائيل إنما هو موسى آخر فقال كذب عدو الله
Mənə Əli b. Abdullah rəvayət etdi, dedi ki: mənə Süfyan rəvayət etdi, dedi ki: mənə Əmr b. Dayanar rəvayət etdi, dedi ki: mənə Səid b. Cübeyr xəbər verdi, dedi ki: ibni Abbasa dedim ki: Nəvvaf əl-Bəkkali, “Xızırın yoldaşı olan Musa, İsrail oğullarının Musası deyil, o başqa bir Musadır” deyə iddia edir. Bunun üzərinə ibni Abbas dedi ki: “Allahın düşməni yalan danışmışdır.”

Buxari, “əs-Səhih”, 2/475, Ənbiya kitabı, 27-ci bab, hədis 3401

1. Sünnilikdə: Yaxşı ibni Abbas (r.ə)-nin yalançı və Allah düşməni olduğunu söylədiyi bu şəxs kimdir? Nasibilər nəzdində mövqeyi nədir? Bunu birlikdə nasibi rical alimi əl-Mizzidən öyrənək. Əl-Mizzi bu şəxs haqqında deyir ki:

نوف (1) بن فضالة الحميري البكالي، أبو يزيد، ويقال: أبو الرشيد، ويقال: أبورشدين، ويقال: أبو عمرو، الشامي من أهل دمشق، ويقال: من أهل فلسطين، وهو ابن امرأة كعب الاحبار
Nəvvaf b. Fudalə əl-Himyəri əl-Bəkkali, Əbu Yezid. “Əbu Raşid”, “Əbu Raşideyn” və “Əbu Əmr” də deyilmişdir. Şamlıdır, Dəməşq əhlindəndir. Fələstin əhlindən olduğu da deyilmişdir.

وقال جعفر بن سليمان (3)، عن أبي عمران الجوني: كان نوف ابن امرأة كعب، أحد العلماء
وقال ضمرة بن ربيعة عن يحيى بن أبي عمرو السيباني: كان نوف البكالي إماما لاهل دمشق، فكان إذا أقبل على الناس بوجهه قال: من لا يحبكم لا أحبه الله، ومن لا يرحمكم فلا رحمه الل
Cəfər b. Süleyman Əbu İmran əl-Cövzidən dedi ki: “Nəvvaf üləmadandır”
və Damurə b. Rəbiyə Yəhya b. Əbu Əmr əş-Şeybanidən dedi ki: “Nəvvaf Dəməşq əhlinin imamıdır. O,insanlarla qarşılaşdığı zaman deyərdi: “Allah sizi sevməyənləri sevməsin və Allah sizə rəhmət oxumayanlara rəhmət etməsin”

əl-Mizzi, “Təhzibul-Kamal”, 30/65-66, 6498-ci ravi

Bundan əlavə nasibilərin rical alimlərindən ibni Hibban onun adını “əs-Siqat (güvənilənlər)” kitabında zikr etmişdir, baxın: ibni Hibban, “əs-Siqat“, 5/483. Nasibilərin bir digər hədis və rical alimi olan ibni Hacər isə özünün Buxarinin “əs-Səhih” kitabına yazdığı şərhdə Nəvvaf haqqında deyir ki:

ونوف المذكور تابعي من أهل دمشق فاضل عالم
Və Nəvvaf Dəməşq əhlindən olan fəzilətli, alim bir tabiidir.

ibni Hacər, “Fəthul-Bari”, 1/194

Allah düşməni, yalançı amma eyni zamanda nasibilərin dinlərini üzərinə tikdikləri hədislərin ravisi, nasibilərin etibarlı imamı.

2. Şiəlikdə

نوف البكالي: روى عن علي (ع) رواية في الأمالي – مجهول
Nəvvaf əl-Bəkkali: “Əmali” kitabındaki rəvayətində Əli (ə)-dan rəvayət etmişdir, məchuldur.

Şeyx Cövhəri, “Müfid min Mucəm ricalil-hədis”, səhifə 643, 13144-cü ravi

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s