Nasibi imamı Həsən əl-Bəsri Hz. Nuh (ə)-in namusuna dil uzadır

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… Qiymətli qardaşlarımız, bir tərəfdən Quran və Sünnəti-Nəbi (s) işığında İslam gerçəklərini təqdim edərkən, bir tərəfdən də nasibilərin öz mənbələrindən sənədli bir şəkildə əqidə və inanclarını təqdim etməyə davam edirik. Bugünki işimizdə sizlərə nasibilərin böyük imamlarından Həsən əl-Bəsrinin Hz. Nuh (ə) haqqındakı çirkin ifadələrini təqdim edəcəyik. Amma əvvəlcə Həsən əl-Bəsrinin şəxsiyyəti və nasibilərin nəzdindəki mövqeyi haqqında məlumat veririk. əz-Zəhəbi onun bioqrafiyasında deyir ki:

الحسن بن يسار [ع] مولى الأنصار، سيد التابعين في زمانه بالبصرة. كان ثقة في نفسه، حجة رأسا في العلم والعمل، عظيم القدر
Həsən b. Yəsər, Ənsarın məvalisi, öz zamanında Bəsrədə təbiinin seyyidi, siqa (etibarlı), elm və əməldə höccet, dəyəri uca bir adamdır.

əz-Zəhəbi, “Mizan əl-Etidal”, 1/527, 1968-ci ravi

Haqqında daha çox məlumat ala bilməniz üçün türkçə olan əhli sünnə saytından onun haqqında link təqdim edirik: Həsən əl-Bəsri kimdir?

Budur nasibilər nəzdində belə bir mövqedə olan bu adam Hz. Nuh (ə)-in namusuna dil uzatmaqda, arvadını zina ilə günahlandırmaqda, oğulunun isə vələdüzzina olduğunu iddia etməkdədir.

irdi-nuh-ibni-ebi-hatem

Şəkildə gördüyünüz əhli sünnənin hədis, rical və təfsir sahələnin böyük imamı olan ibni Əbu Xatəmin “Təfsiri ibni Əbu Xatəm” deyə məşhur olan təfsir kitabıdır, işarələnilmiş yerdə bu ifadələr var:

حَدَّثَنَا أَبِي ، ثنا عُمَرُ بْنُ عَوْنٍ ، ثنا هُشَيْمٌ ، عَنْ عَوْنٍ ، وَمَنْصُورٍ ، عَنِ الْحَسَنِ ، فِي قَوْلِهِ : إِنَّهُ لَيْسَ مِنْ أَهْلِكَ سورة هود آية 46 قَالَ : لَمْ يَكُنْ أَبِيهِ
…Mənsur Həsən əl-Bəsridən “O, əsla sənin ailəndən deyil.” (Hud 46) ayəsi ilə əlaqədar olaraq belə rəvayət etmişdir: “yəni sənin oğlun deyil”

“Təfsiri ibni Əbu Xatəm”, Hud 46 təfsiri, hədis 11778

Bu hədisin sənədindəki bütün ravilər siqa (etibarlı) və isnadı müttəsildir. Əlavə olaraq ibni Əbu Xatəm təfsirin müqəddiməsində (səhifə 14) yalnız səhih hədisləri təfsirinə əlavə etdiyini bildirməkdədir. Hədisdən göründüyü kimi Həsən əl-Bəsri Hz. Nuh (ə.s)-in kafir olan oğlunun əslində onun oğlu olmadığını söyləməkdədir. Yaxşı bəs kimin oğlu idi? Bunu yenə Həsən əl-Bəsri cavablandırır:

irdi-nuh-ibni-ebi-hatem2

Şəkildə gördüyünüz yenə “Təfsiri ibni Əbu Xatəm”dir, işarələnmiş yerdə bu ifadələr var:

حَدَّثَنَا الْمُنْذِرُ بْنُ شَاذَانَ ، ثنا هَوْذَةُ ، ثنا عَوْنٌ ، عَنِ الْحَسَنِ أَنَّهُ قَرَأَ : عَمِلَ غَيْرَ صَالِحٍ قَالَ : كَانَ وَلَدَ زِنْيَةٍ ، وَكَانَ يُنْسَبُ إِلَيْهِ فَنَفَاهُ اللَّهُ مُنْذُ يَوْمِ الْغَرَق
…Avanə belə rəvayət etmişdir: Həsən əl-Bəsriyə “o saleh olmayan bir əməldir” (Hud 46) ayəsini oxudum, dedi ki: “o (Nuh (ə)-in oğlu) vələdüzzinadır, və ona (Nuh (ə)) nisbət edilirdi”

“Təfsiri ibni Əbu Xatəm”, Hud 46 təfsiri, hədis 11781

Əvvəlki hədis kimi bunun da sənədindəki bütün ravilər etibarlı və isnadı da müttəsildir, hədis səhihdir. və hədisdən də açıqca göründüyü kimi Həsən əl-Bəsri Hz. Nuh (ə)-in oğlunun vələdüzzina olduğunu söyləməkdədir. Yenə bu mövzuda əhli sünnənin hədis, tarix və təfsir sahəsində böyük alimi olan Təbəri də öz təfsirində hədislər rəvayət etmişdir.

irdi-nuh-taberi irdi-nuh-taberi1

Şəkildə gördüyünüz Təbərinin “Camiul-Bəyan” adlı “Təfsiri-Təbəri” deyə məşhur olan təfsir kitabıdır, işarələnmiş yerdə bu ifadələr var:

حدثنا بشر قال ، حدثنا يزيد قال ، حدثنا سعيد ، عن قتادة ، قال : سمعت الحسن يقرأ هذه الآية : ( إنه ليس من أهلك إنه عمل غير صالح ) ، فقال عند ذلك : والله ما كان ابنه . ثم قرأ هذه الآية : ( فخانتاهما ) ، [ سورة التحريم : 10 ]
…Qatadə dedi ki: Həsən əl-Bəsrinin bu ayəni oxuduğunu eşitdim: “o sənin ailəndən deyil, o saleh olmayan bir əməldir” (Hud 46) sonra dedi ki: “Vallahi! Oğlu deyildi” sonra isə bu ayəni oxudu: “ikisi də xəyanət etdi” (Təhrim 10)

“Təfsiri-Təbəri”, 12/427, Hud surəsi 46-cı ayənin təfsiri

Bu hədis də əvvəlki iki hədis kimi sənədi səhih bir hədisdir. Və hədisdən də açıqca göründüyü kimi Həsən əl-Bəsri Hz. Nuh (ə)-in bu oğlunun əslində öz oğlu olmadığını, vələdüzzina olduğunu söyləməkdə və Təhrim surəsindəki “ikisi də xəyanət etdi” ayəsini də buna dəlil olaraq təqdim etməkdədir yəni Nəuzibillah əl-Bəsriyə görə ayədə keçən “xəyanət” zinadır.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s