Nasibilər və “Qaranik” böhtanı

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… Salman Rüşdü adlı lənətlənmiş və onun qələmə almış olduğu “Şeytanın ayələri” adlı kitab çox məşhurdur. O bu kitabı yazdıqdan sonra müsəlmanlar ona etiraz etmiş, aksiyalar təşkil etmişdirlər. Mərhum imam Seyid Xomeyni (r.ə) bu kitabda Əfəndimiz (s) haqqındakı çirkin böhtan və iddialardan ötəri müəllif, yəni Salman Rüşdü haqqında ölüm fətvası vermişdir. Və bunun nəticəsində Salman Rüşdü deyilən lənətlənmiş İngiltərədə qalmaq məcburiyyətində qalmışdır. Ancaq Salman Rüşdünün etdiyindən daha pis olanı isə bu mövzuya mənbəliyi bütün dünya tərəfindən İslami bir məzhəb olaraq tanınan nasibilərin etmiş olmasıdır. Çünki bu böhtan nasibilərin mənbələrindədir. Bu işimizdə inşəAllah bu böhtanın olduğu nasibi qaynaqlarından bəzilərini sizlərə təqdim edəcəyik.

garanik-buharigaranik-buhari1

Şəkildə gördüyünüz nasibi və sünnilərin “Qurandan sonra ən etibarlı kitab” olaraq gördükləri “Səhihi Buxari”dir, işarələnlmiş yerdə bu ifadələr var:

حَدَّثَنَا أَبُو مَعْمَرٍ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ حَدَّثَنَا أَيُّوبُ عَنْ عِكْرِمَةَ عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ سَجَدَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِالنَّجْمِ وَسَجَدَ مَعَهُ الْمُسْلِمُونَ وَالْمُشْرِكُونَ وَالْجِنُّ وَالْإِنْسُ
…İkrimə ibni Abbas (r.ə)-dən belə rəvayət etdi: “Nəbi (s.ə.ə) Nəcm surəsində səcdə etdi və Onunla birlikdə müsəlmanlar, müşriklər, bütün cinn və ins də səcdə etdilər”

Bu hədisdən sonra Buxari mövzu haqqında Abdullah b. Məsud (r.ə)-dən başqa bir hədis rəvayət etməkdədir:

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ أَخْبَرَنِي أَبُو أَحْمَدَ حَدَّثَنَا إِسْرَائِيلُ عَنْ أَبِي إِسْحَاقَ عَنْ الْأَسْوَدِ بْنِ يَزِيدَ عَنْ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ أَوَّلُ سُورَةٍ أُنْزِلَتْ فِيهَا سَجْدَةٌ وَالنَّجْمِ قَالَ فَسَجَدَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَسَجَدَ مَنْ خَلْفَهُ إِلَّا رَجُلًا رَأَيْتُهُ أَخَذَ كَفًّا مِنْ تُرَابٍ فَسَجَدَ عَلَيْهِ فَرَأَيْتُهُ بَعْدَ ذَلِكَ قُتِلَ كَافِرًا وَهُوَ أُمَيَّةُ بْنُ خَلَفٍ
…Əsvəd b. Yezid Abdullah b. Məsud (r.ə)-dən belə rəvayət etdi: “içində səcdə ayəsi enən ilk surə Nəcm surəsidir, demişdir. Rəsulullah (s.ə.ə.) bu surəni oxuduğ zaman səcdə etdi, Onunla birlikdə arxasında olan kəslər də səcdə etdilər. Tək bir adam səcdə etmədi. Mən onu bir ovuc torpaq götürüb də onun üzərinə səcdə etdiyini gördüm. Bu hadisədən sonra mən o adamı Bədirdə kafir olaraq öldürülmüş gördüm. O, Ümeyyə ibn Xələfdir”

Buxari, “əs-Səhih”, 3/299, Təfsir kitabı, Nəcm surəsinin təfsiri babı

Buxarinin ibni Abbas (r.ə)-yə isnad etdiyi ilk hədisi Müslim də öz kitabında rəvayət etmişdir, baxın: Müslim, “əs-Səhih”, Məscidlər kitabı, hədis 576

Əgər bəziləri “burada Şeytanın Rəsulullah (s.ə.ə)-ya “bunlar şəni uca bütlərdir ki, şəfaət edəcəklərinə ümid edilər” dediyinə və ona görə səcdə edildiyinə dair bir ibarə yoxdur” şəklində etiraz etsələr cavab olaraq deyərəm ki, hər iki hədisin də ifadəsi çox açıqdır və mövzu Qaranik hadisəsidir. Yoxsa müşriklərin səcdə etmələrinin nə mənası vardı ki? Necə ki, nasibi alimlərindən ibni Battal da bunu “Səhihi Buxari” şərhində təsdiqləmişdir. Amma onsuz da bu mövzuda Təbəraninin rəvayətin tamamilə açıqdır. Təbərani bu hadisəni belə rəvayət etməkdədir:

 garanik-taberani garanik-taberani1

Şəkildə gördüyünüz Təbəraninin “Mucəm əl-Kəbir” adlı hədis kitabıdır, işarələnilmiş yerdə bu ifadələr var:

حدثنا الحسين بن إسحاق التستري ، وعبدان بن أحمد ، قالا : ثنا يوسف بن حماد المعني ، ثنا أمية بن خالد ، ثنا شعبة ، عن أبي بشر ، عن سعيد بن جبير ، لا أعلمه إلا عن ابن عباس أن رسول الله صلى الله عليه وسلم : ” قرأ النجم فلما بلغ أفرأيتم اللات والعزى ومناة الثالثة الأخرى ألقى الشيطان على لسانه تلك الغرانيق العلى وشفاعتهن لترتجى فلما سجد سجد المسلمون والمشركون ، فأنزل الله عز وجل : وما أرسلنا من قبلك من رسول ولا نبي إلا إذا تمنى ألقى الشيطان إلى قوله : عذاب يوم عقيم يوم بدر
…Səid b. Cübeyr ibni Abbasdan belə rəvayət etdi: Rəsulullah (s.ə.ə) Məkkədə Nəcm surəsini oxuyurdu. “Gördünüzmü Latı və Uzzanı? Və üçüncü olan Menatı?” (Nəcm 19-20) ayəsinə çatdığı zaman Şeytan Rəsulullah (s.ə.ə)-yə “bunlar şəni uca bütlərdir ki, şəfaət edəcəkləri ümid edilər” sözlərini dedi. Məkkə müşrikləri bunu Rəsulullah (s.ə.ə)-dan eşitdikləri zaman çox sevindilər. Bu hadisə Rəsulullah (s.ə.ə)-ya ağır gəldi və bunun üzərinə Allah bu ayəni endirdi: “Səndən əvvəl heç bir rəsul və nəbi göndərmədik ki, bir şey xahiş etdiyi zaman, Şeytan onun bu xahişinə dair vəsvəsə vermiş olmasın. Amma Allah, Şeytanın vəsvəsəsini aradan qaldırar. Sonra Allah, ayələrini sağlamlaşdırar. Allah, haqqıyla biləndir, hökm və hikmət sahibidir.” (Həcc 52)

Təbərani, “Mucəm əl-Kəbir”, 12/53, hədis 12450

Heysəmi bu hədisi Təbəranidən nəqlən rəvayət etdikdən sonra deyir ki:

رواه البزار والطبراني وزاد إلى قوله‏:‏ ‏{‏عذاب يوم عقيم‏}‏ يوم بدر‏.‏  ورجالهما رجال الصحيح
Bəzzar və Təbərani rəvayət etmişdirlər… Və ricalları “Səhih”in ricallarıdır.

Heysəmi, “Məcməüz-Zəvaid”, 7/118, 11376-cı hədis

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s