Əbu Hənifənin əqidəsi

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Keçən yazımızda Əbu Hənifə ilə həməsir və ondan sonra yaşamış olan sünni hədis alimlərinin Əbu Hənifə haqqındakı fikirlərini sizlərlə paylaşmışdıq. Bu yazımızda isə inşəAllah sənədli bir şəkildə yenə Əbu Hənifə ilə həməsr olan sünni hədis alimlərinin və Əbu Hənifənin öz tələbələrinin dilindən Əbu Hənifənin əqidəsini sizlərlə paylaşacağıq. Əbu Hənifənin fiqhi Quran və Sünnəyə deyil, öz fikir və müqayisələrinə istinad etdiyi kimi əqidəsi də xarabdır. Əbu Hənifə əqidəsi baxımından Əhli-Sünnədən bu fikirləri ilə fərqlənir:

a)      İman artmaz və azalmaz (mürciəlik)
b)      Quran məxluqdur (cəhmilik)
c)       Hökümdarlara qarşı üsyan caizdir (xaricilik)

İndi burada əvvəlcə Əbu Hənifənin öz dilindən öz əqidəsini, daha sonra isə şagirdləri başda olmaqla özü ilə həməsr olanların onun əqidəsi haqqındakı sözlərini sizlərlə paylaşacağıq.


1. Əbu Hənifənin öz dilindən əqidəsi:

Təsvir   Təsvir   Təsvir

Şəkildə gördüyünüz sünni hədis alimlərindən Abdullah b. Əhməd (imam Əhmədin oğulunun) “əs-Sünnə” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

حدثني أبي حدثنا مؤمل بن إسماعيل نا سفيان قال حدثني عباد بن كثير قال قال لي عمر بن سل ابا حنيفة عن رجل قال أنا أعلم أن الكعبة حق وأنها بيت الله عز و جل ولكن لا أدري أهي التي بمكة أو التي بخراسان أمؤمن هو قال مؤمن فقال لي سله عن رجل قال أنا أعلم أن محمدا صلى الله عليه و سلم حق وأنه رسول ولكن لا أدري أهو الذي كان بالمدينة أم محمد آخر أمؤمن هو قال مؤمن
Mənə atam rəvayət etdi, dedi ki: mənə Mumil b. İsmayıl rəvayət etdi, dedi ki: mənə Süfyan rəvayət etdi, dedi ki: mənə Abbad b. Kəsr rəvayət etdi, dedi ki: Ömər mənə dedi ki: Əbu Hənifədən soruşdum və dedim ki: «”mən Kəbənin haqq olduğunu və Allah əzzə və cəllənin Beyti olduğunu bilirəm, amma Kəbənin Məkkədəmi yoxsa Xorasandamı olduğunu bilmirəm.” deyən biri mömindirmi?» Əbu Hənifə dedi ki: “bəli, mömindir.” Dedim ki: «”mən Məhəmməd (s)-in haqq olduğunu və onun Rəsul olduğunu bilirəm amma onun Mədinədə olan Məhəmmədmi yoxsa başqa bir Məhəmmədmi olduğunu bilmirəm.” deyən biri mömindirmi?» Əbu Hənifə dedi ki: “bəli, mömindir.

حدثني هارون بن عبدالله نا عبدالله بن الزبير الحميدي نا حمزة بن الحارث بن عمير من آل عمر بن الخطاب رضي الله عنه عن أبيه قال سمعت رجلا يسأل أبا حنيفة في المسجد الحرام عن رجل قال أشهد أن الكعبة حق ولكن لا أدري هل هي هذه أم لا فقال مؤمن حقا وسأله عن رجل قال أشهد أن محمدا بن عبدالله نبي ولكن لا أدري هو الذي قبره بالمدينة أم لا فقال مؤمن حقا قال الحميدي من قال هذا فقد كفر قال الحميدي وكان سفيان بن عيينة يحدث عن حمزة بن الحارث
Mənə Harun b. Abdullah rəvayət etdi, dedi ki: mənə Abdullah b. Zübeyr əl-Humeydi rəvayət etdi, dedi ki: Həmzə b. Həris b. Umeyr mənə atasından rəvayət etdi, dedi ki: Məscidul-Həramda bir adamın Əbu Hənifəyə belə soruşduğunu eşitdim: «”mən şahidlik edirəm ki, Kəbə haqqdır, amma onun bumu yoxsa başqasımı olduğunu bilmirəm.” deyən biri haqqında nə deyərsən?» Əbu Hənifə dedi ki: “həqiqi mömindir.” Adam təkrar soruşdu: «”mən şahidlik edirəm ki, Məhəmməd b. Abdullah nəbidir amma onun qəbri Mədinədə olanmı yoxsa başqasımı olduğunu bilmirəm.” deyən biri haqqında nə deyərsən?» Əbu Hənifə dedi ki: “həqiqi mömindir.” (ravi) Humeydi dedi ki: “kim bunu söyləsə kafirdir.” (ravi) Humeydi dedi ki: Süfyan b. Uyeynə də bu mövzunu Həmzə b. Hərisdən mənə rəvayət etdi.

حدثني هارون ثنا الحميدي ثنا مؤمل بن إسماعيل عن الثوري رحمه الله بنحو حديث حمزة
Mənə Harun rəvayət etdi, dedi ki: mənə Humeydi rəvayət etdi, dedi ki: Mumil b. İsmayıl mənə Səvridən, o da Həmzədən bu mövzunu rəvayət etdi.

Abdullah b. Əhməd, “əs-Sünnə”, 1/194-195

İlk rəvayəti Əhməd b. Hənbəl, “İləl və mərifətur-Rical”, 2/546, 3590-da; Xətib Bağdadi, “Tarixi Bağdad”, 15/508-də rəvayət etmişdir.

İkinci rəvayəti isə Xətib əl-Bağdadi, “Tarixi Bağdad”, 15/507-də 2 sənəd ilə Həris b. Umeyrdən rəvayət etmişdir. Əbu Hənifədən rəvayət edilən bu sözün səhihlik vəziyyətinə gəlincə, rəvayətin ilk sənədində Abbad b. Kəsr vardır ki, o boş biridir. İkinci sənədin bütün raviləri isə etibarlıdır. Abdullah b. Əhmədin “əs-Sünnə” kitabının mühəqqiqi Şeyx Məhəmməd Səid əl-Kəhtani 2ci sənəd haqqında deyir ki:

رجاله ثقات
Ricalları etibarlılardandır.

Abdullah b. Əhməd, “əs-Sünnə”, 1/195

Təsvir   Təsvir

Şəkildə gördüyünüz sünni hədis, tarix və rical alimlərindən Xətib əl-Bağdadinin “Tarixi Bağdad” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

أخبرني الخلال حدثنا علي بن عمر بن محمد المشتري حدثنا محمد بن جعفر الأدمي حدثنا أحمد بن عبيد حدثنا الطاهر بن محمد حدثنا وكيع قال: اجتمع سفيان الثوري وشريك والحسن بن صالح وابن أبي ليلى فبعثوا إلى أبي حنيفة قال: فأتاهم فقالوا له ما تقول في رجل قتل أباه ونكح أمه وشرب الخمر في رأس أبيه فقال: مؤمن فقال له بن أبي ليلى لا قبلت لك شهادة أبدا وقال له سفيان الثوري لا كلمتك أبدا وقال له شريك لو كان لي من الأمر شيء لضربت عنقك وقال له الحسن بن صالح وجهي من وجهك حرام أن أنظر إلى وجهك أبدا
…Və dedi ki: Süfyan əs-Səvri, Şərik, Həsən b. Saleh və ibni Əbu Leyla bir yerdə olduqları bir zaman Əbu Hənifənin yanına getdilər və dedilər ki: “atasını öldürən, anası ilə zina edən və atasının baş tasında şərab içən biri haqqında nə deyərsən?” Əbu Hənifə dedi ki: “mömindir!” İbni Əbu Leyla ona dedi ki: “Sənin şahidliyini əsla qəbul etmərəm.” Süfyan əs-Səvri dedi ki: “əsla səninlə danışmaram.” Həsən b. Saleh dedi ki: “mənim üzüm sənin üzünə haramdır, əsla üzünə baxmaram.”

Xətib əl-Bağdadi, “Tarixi Bağdad”, 15/510-511

Açıqca görüldüyü kimi Əbu Hənifədən rəvayət edilən bu 2 rəvayət onun nəzdində imanın artıb azalmadığını göstərməkdədir. Çünki Mürciə (imanın artıb azalmayacağı) fikirinə görə bir kimsə şəhadət gətirər və İslamı qəbul etdiyini söyləsə artıq onun imanı -haşa- Hz. Cəbrayıl (ə)-nin imanı kimi olar, bundan sonra onun imanı nə artar, nə də azalar. Hətta ən böyük günahları işləsə belə imanı azalmaz. Elə buna görə Əbu Hənifə soruşulan suallara həmişə “mömindir” deyə cavab verməkdədir.

Təsvir   Təsvir

Şəkildə gördüyünüz sünni hədis alimlərindən Abdullah b. Əhməd (imam Əhmədin oğulu)-nun “əs-Sünnə” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

حدثني سفيان بن وكيع قال سمعت عمر بن حماد بن أبي حنيفة قال أخبرني أبي حماد بن أبي حنيفة قال أرسل ابن أبي ليلى إلى أبي فقال له تب مما تقول في القرآن أنه مخلوق وإلا أقدمت عليك بما تكره قال فتابعه قلت يا أبه كيف فعلت ذا قال يا بني خفت أن يقدم علي فأعطيت تقية
Mənə Süfyan b. Vəki rəvayət etdi, dedi ki: Ömər b. Həmmad b. Əbu Hənifənin belə dediyini eşitdim: mənə atam Həmmad b. Əbu Hənifə xəbər verdi, dedi ki: ibni Əbu Leyla atam (Əbu Hənifə)-yə belə yazdı: “Quranın məxluq olduğu haqqındakı sözündən tövbə et.” Əbu Hənifə dedi ki: “tövbə etdim.” Dedim ki: “ey ata bunu niyə etdin?” Atam (Əbu Hənifə) dedi ki: “ey oğulum, təqiyyə etdim.” 

Abdullah b. Əhməd, “əs-Sünnə”, 1/183

Bu rəvayətdən görüldüyü kimi Əbu Hənifənin Cəhmi (Quranın məxluq olması) fikiri o dövrdə məşhur idi və ibni Əbu Leyla buna görə onu tövbəyə dəvət edirdi. Əbu Hənifə isə bunu qəbul etmir, təqiyyə edirdi.

2. Alimlərin Əbu Hənifənin əqidəsi haqqında sözləri: Başda şagirdi Əbu Yusif olmaqla Əbu Hənifə ilə həməsr olan bir çox alim onun mürci (imanın artıb azalmayacağı), cəhmi (Quranın məxluq olması) və xarici (hökmdarlara qarşı üsyanın caiz olması) fikirində olduğunu təsdiqləmişdirlər.

Təsvir   Təsvir

Şəkildə gördüyünüz sünni hədis, tarix və rical alimlərindən Hatib el-Bağdadinin “Tarixi Bağdad” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

وقال يعقوب حدثنا أبو جزى عمرو بن سعيد بن سالم قال سمعت جدي قال قلت لأبي يوسف أكان أبو حنيفة مرجئا قال نعم قلت أكان جهميا قال نعم قلت فأين أنت منه قال إنما كان أبو حنيفة مدرسا فما كان من قوله حسنا قبلناه وما كان قبيحا تركناه عليه
Əmr b. Səid b. Səlləm dedi ki: cəddimin belə dediyini eşitdim: Əbu Yusifə dedim ki: “Əbu Hənifə mürci deyilmi?” Dedi ki: “bəli.” Dedim ki: “Əbu Hənifə cəhmi deyilmi?” Dedi ki: “bəli.”

Xətib əl-Bağdadi, “Tarixi Bağdad”, 15/512-513

Bu sözləri Əbu Yusifdən Abdullah b. Əhməd “əs-Sünnə”, 1/181-də; Fəsəvi, “əl-Marifə vət-Tarix”, 2/782-də rəvayət etmişdir. Bu sözün Əbu Yusifdən süduru-sabitdir, Abdullah b. Əhmədin “əs-Sünnə” kitabını təhqiq edən Şeyx Məhəmməd Səid əl-Kəhtani bu xəbərin raviləri haqqında məlumat verərək etibarlı və sadiq olduqlarını bildirməkdədir. Fəsəvinin bütün raviləri isə etibarlı olmaqla birlikdə Buxari və Müslimin raviləridir.

Təsvir   Təsvir

Şəkildə gördüyünüz sünni hədis, tarix və rical alimlərindən Xətib əl-Bağdadinin “Tarixi Bağdad” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

أخبرنا العتيقي أخبرنا جعفر بن محمد بن علي الطاهري حدثنا أبو القاسم البغوي حدثنا زياد بن أيوب حدثني حسن بن أبي مالك وكان من خيار عباد الله قال قلت لأبي يوسف القاضي ما كان أبو حنيفة يقول في القرآن قال فقال كان يقول القرآن مخلوق قال قلت فأنت يا أبا يوسف فقال لا قال أبو القاسم فحدثت بهذا الحديث القاضي البرتي فقال لي وأي حسن كان وأي حسن كان يعني الحسن بن أبي مالك قال أبو القاسم فقلت للبرتي هذا قول أبي حنيفة قال نعم المشئوم قال جعل يقول أحدث بخلقي
…Həsən b. Əbu Malik dedi ki: Əbu Yusifə dedim ki: “Əbu Hənifə Quran haqqında nə deyirdi?” Əbu Yusif dedi ki: “Quranın məxluq olduğunu söyləyirdi.” Dedim ki: “yaxşı ey Əbu Yusif ya sən?” dedi ki: “xeyr.”

Xətib əl-Bağdadi, “Tarixi Bağdad”, 15/519

Bunlar, Əbu Hənifənin öz şagirdi Əbu Yusifin sözləridir. Bundan başqa, Əbu Hənifə ilə həməsr olan başqa alimlər də Əbu Hənifin əqidəsinin mürcilik, cəhmilik və xaricilik olduğunu təsdiqləmişdirlər.

Təsvir   Təsvir

Şəkildə gördüyünüz sünni hədis, tarix və rical alimlərindən Hatib el-Bağdadinin “Tarixi Bağdad” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

أخبرنا أبو القاسم إبراهيم بن محمد بن سليمان المؤدب بأصبهان أخبرنا أبو بكر بن المقرئ قال حدثنا سلامة بن محمود القيسي بعسقلان حدثنا عبد الله بن محمد بن عمرو قال سمعت أبا مسهر يقول كان أبو حنيفة رأس المرجئة
…Abdullah b. Məhəmməd b. Əmr dedi ki: Əbu Misharın belə dediyini eşitdim: “Əbu Hənifə mürciə məzhəbinin rəisi idi.”

أخبرنا الحسن بن الحسين بن العباس النعالي أخبرنا احمد بن جعفر بن سلم حدثنا احمد بن علي الأبار حدثنا أبو يحيى محمد بن عبد الله بن يزيد المقرئ عن أبيه قال دعاني أبو حنيفة إلى الارجاء
…Əbu Yəhya Məhəmməd b. Abdullah əl-Mukri atasından izah etdi, dedi ki: “Əbu Hənifə ircaya (mürciə əqidəsi) dəvət edirdi.”

أخبرنا بن الفضل أخبرنا عبد الله بن جعفر حدثنا يعقوب بن سفيان حدثنا احمد بن الخليل حدثنا عبدة قال سمعت بن المبارك وذكر أبا حنيفة فقال رجل هل كان فيه من الهوى شيء قال نعم الارجاء
…Ubadə dedi ki: ibni Mübarəyin Əbu Hənifəni zikr etdiyini eşitdim, bu sırada bir adam ona dedi ki: “onda (Əbu Hənifədə) öz hevasından bir şey çatdımı?” ibni Mübarək dedi ki: “bəli, irca (mürciə əqidəsi) vardı.”

Xətib əl-Bağdadi, “Tarixi Bağdad”, 15/511-512

Təsvir   Təsvir   Təsvir   Təsvir

Şəkildə gördüyünüz sünni hədis alimlərindən Abdullah b. Əhməd (imam Əhmədin oğlu)-nun “əs-Sünnə” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

حدثني أبو الفضل الخراساني حدثني إبراهيم بن شماس السمرقندي قال قال رجل لابن المبارك ونحن عنده ان أبا حنيفة كان مرجئا يرى السيف فلم ينكر عليه ذلك ابن المبارك
…İbrahim b. Şəms dedi ki: adamın biri ibni Mübarəyə dedi ki: “Əbu Hənifə mürci idi və qılınc (hökmdarlara üsyan) fikirində idi.” ibni Mübarək bunu inkar etmədi.

حدثني أبو الفضل الخراساني ثنا الحسن بن موسى الاشيب قال سمعت أبا يوسف يقول كان أبو حنيفة يرى السيف قلت فانت قال معاذ الله
…Həsən b. Musa əş-Şəbib dedi ki: Əbu Yusifin belə dediyini eşitdim: “Əbu Hənifə qılınc (hökmdarlara üsyan) fikirində idi.” Əbu Yusifə deyirdi ki: “yaxşı bəs sən?” Əbu Yusif dedi ki: “Allah qorusun.”

Abdullah b. Əhməd, “əs-Sünnə”, 1/182-213

Bunlar Əbu Hənifə ilə həməsr olan alimlərin onun əqidəsi haqqında söylədikləridir. Həm özündən rəvayət edilənlər, həm də şagirdi Əbu Yusif başda olmaqla həməsrləri onun mürciə, cəhmi və xarici olduğunu bildirməkdədirlər. Bura başqa alimlərin sözləri də əlavə olunaraq siyahını uzada bilərik amma fikrimizcə mövzunu uzatmaqdansa Əhli-Sünnə nəzdində ən etibarlı kitabın yazıçısı olan Buxarinin onun əqidəsi haqqındakı sözünü köçürmək daha yaxşı olacaq.

Təsvir

Şəkildə gördüyünüz Buxarinin “Tarixul-Kəbir” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

نعمان بن ثابت أبو حنيفة الكوفي مولى لبني تيم الله بن ثعلبة روى عنه عباد بن العوام وابن المبارك وهشيم ووكيع ومسلم بن خالد وأبو معاوية والمقري كان مرجئا سكتوا (عنه و – 1) عن رأيه وعن حديثه
Numan b. Sabit, Əbu Hənifə əl-Kufi. Bəni Teymin məvalisidir. Ondan Abbad b. Avvam, ibni Mübarək, Huşeym və Müslim b. Xalid və Əbu Müaviyə rəvayət etmişdirlər. Murciədir. Rəy və hədisləri tərk edilmişdir.

Buxari, “Tarixul-Kəbir”, 8/ 81

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s