Nasibilərin İslam tarixinə alternativ olaraq uydurduqları saxta tarix

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Hər kəsin bildiyi və qəbul etdiyi  İslam-Şiə qaynaqlarda və digər dinlərin (xarici , nasibi və s.) qaynaqlarında ittifaq edilən həqiqi tarixə görə münafiqlərin hər zaman başda Nəbi (s.ə.ə) olmaq üzrə müsəlmanlara qarşı davamlı sui-qəsdlər təşkil etmişdir. Bu cür işlər az olsa da Nəbi (s.ə.ə)-in yaşadığı dövrdə və vəfatından sonra edilmişdir. Məsələn Nəbi (s.ə.ə)-ə  Təbuk döyüşündə sui-qəsd təşkil edilməsi , Nəbi (s.ə.ə)-in əmrinə baxmayaraq Üsamə ibn Zeyd (r.ə)-ın ordusuna qatılmama, Nəbi (s.ə.ə)-in vəsiyyət yazdırmasına mane olma kimi tədbirlər bu tədbirlərdən məşhur olanlarıdır . Lakin Nəbi (s.ə.ə)-in şəhadətindən sonra münafiqlər açıqdan açığa hərəkətə keçdilər. Xilafətin qəsb edilməsi , Fədəyə əl qoyulması , vəhy evinə edilən hücum , Cəməl və Siffeyn döyüşləri bunlardan bəziləridir. Bütün bu xəyanətlər və sui-qəsdlər nəticəsində Əməvi küfr hakimiyyəti qurulmuşdur. Lakin Əməvi hakimiyyəti İslama zidd və düşmən olduğundan ötəri hər zaman Rəsulullah (s.ə.ə)-in qəyyumları olan Əhli-Beyt İmamları (ə) və onlara bağlı qalan müsəlmanlar bu hakimiyyəti təhdid etməkdə idi. Elə bundan ötəri Əməvi hakimiləri əllərində olan gücləri istifadə edərək tarixi dəyişdirmək üçün böyük səy göstərdilər . Bunun üçün saray üçün çalışan alimlər çıxarmağa başlandı. ibni Şihab əz- Zührü kimi hədisçilər , Seyf ibn Ömər kimi tarixçilər Əməvi sarayına xidmət edən və tarixi dəyişdirmə vəzifəsini boynuna götürən bəndələrdən idilər. Bu kimi kəslərin tarixi dəyişdirmək üçün uydurduğu nağıllar nəticəsində İslam tarixi tərs üz edilmiş və gerçəklərə  zidd bir tarix yazılmışdır. İslam tarixinə alternativ bir saxta tarix meydana gətirən Əməvi hakimiyyəti daha sonra bütün gücünü istifadə edərək bunu rəsmi tarixə çevirmişdir. İnşaAllah biz bu işimizdə bu saxta tarixi uyduranlardan bəziləri haqqında sizlərə məlumat verəcəyik.

1. Seyf ibn Ömər : Şübhəsiz nasibilərin saxta tarix uydurmaq üçün səy göstərənləri arasında Seyf ibn Ömər ət- Təmiminin yeri bir başqadır. O hicri 200-ci ildə vəfat etmiş bir zındıqdır . Ömürünü İslam tarixinə alternativ olacaq saxta bir tarix uydurmağa həsr etmişdir. Rəsulullah (s.ə.ə)-in dövründən , Bəni Saidə Səqifəsi , Əbu Bəkirə beyət edilməsi , İrtidat Döyüşləri , fəthlər və nəhayət Cəməl müharibəsi haqqında elə rəvayətlərdə tapılmışdır ki , hamısı özünə məxsusdur bu rəvayətləri ondan başqa heç kimsə söyləməmişdir.

1-1. haqqında məlumat: Seyf haqqında rical alimi ibni Həcər əl-Əsqəlani deyir ki :

سيف بن عمر التميمي البرجمي ويقال السعدي ويقال الضبعي ويقال الاسدي الكوفي صاحب كتاب الردة والفتوح
Seyf ibn Ömər ət- Təmimi əl- Bərcami “əl – Əsədi ” , ” əd – Dabbe ” və “əl – Əsədi əl- Kufi ” də deyilmişdir. ” Riddə ” və ” Futuh ” adlı kitabın sahibidir .

قال ابن معين ضعيف الحديث وقال مرة فليس خير منه وقال أبو حاتم متروك الحديث يشبه حديثه حديث الواقدي وقال أبو داود ليس بشئ وقال النسائي والدارقطني ضعيف وقال ابن عدي بعض أحاديثه مشهورة وعامتها منكرة لم يتابع عليها وقال ابن حبان يروي الموضوعات عن الاثبات.  قال وقالوا أنه كان يضع الحديث.  قلت: بقية كلام ابن حبان اتهم بالزندقة وقال البرقاني عن الدارقطني متروك وقال الحاكم اتهم بالزندقة وهو في الرواية ساقط
İbni Main dedi ki : ” hədisdə zəifdir. “ və yenə demişdir ki : “onda xeyr yoxdur.”
Əbu Hatim dedi ki : “hədis mətruqdur , hədisi Vakidinin hədisi kimidir.”
Əbu Davud dedi ki ” bir şey deyil . “
Nəsai və Darəktuni dedilər:  zəifdir. “
ibni Adiy dedi ki : ” bəzi hədisləri məşhurdur , ancaq münkərdir , qəbul edilməmişdir. ”
ibni Hibban dedi ki : ” dürüst ravilərə uydurma rəvayətlər isnad etmişdir , yalançı bir zındıqtır . ” Mən ( ibni Həcər ) deyərəm ki , ibni Hibbanın ” zındıqdır ” sözü yaxşı olmamışdır.
Əl- Bərkanə Darəktunidən canlı dedi ki : ” mətruqtur . “
Hakim dedi ki : “O bir zındıqdır və rəvayətləri tərk edilmişdir.”

İbn Həcər, “Təhzib ət-Təhzib”, 4/259-260, 517-ci ravi

Yenə bir başqa nasibi rical alimi əz-Zəhəbi onun haqqında deyir ki :

سيف بن عمر التَّمِيمِي الْأَسدي لَهُ تواليف مَتْرُوك بِاتِّفَاق وَقَالَ ابْن حبَان اتهمَ بالزندقة قلت اِدَّرَكَ التَّابِعين وَقد اتهمَ قَالَ ابْن حبَان يروي الموضوعات
Seyf ibn Ömər ət-Təymi əl- Əsədi : onun təlifləri ittifaq ilə mətruk (rəd edilmiş )-dur , və ibn Hibban “o bir zındıqdır . ” demişdir. Deyərəm ki: tabeinlər görmüş və ittiham edilmişdir . İbn Hibban dedi ki : ” məvzuat ( uydurmalar ) rəvayətlər etmişdir.”

əz-Zəhəbi, “əl-Muğni fid-Duafa”, 1/292, 2716-cı ravi

Bax bu zındıq və yalançı şəxsin rəvayətləri nasibilərin ən əhəmiyyətli tarix qaynaqlarından “Tarixi Təbəri “-nin təməl qaynaqlarındandır . Nəbi (s.ə.ə) sonrasındakı irtidad döyüşləri, Səqif və Əbu Bəkirə beyət, Osman ibn Əffanın öldürülməsi, Cəməl və Siffeyn döyüşləri və bu kimi başqa mövzularda Əməvilərin siyasi gücü ilə rəsmi tarixə çevrilən nağılların hamısı bax bu zındıq və yalançı adamın xəyal məhsuludur. Yəni Seyf ibn Ömər tarixdən bu mövzuların hər birinin adını boş bir sənəd kimi almış və o sənədləri başında hazırladığı xəyallarla doldurmuşdur. İnşaAllah bunu aşağıda verəcəyimiz nümunələrdə daha gözəl anlayacaqsınız.

1-2. təhrif etdiyi mövzulardan bəziləri: Dedyimiz kimi Seyf bir çox mövzuda təhrifat etmiş və real tarixi bir kənara buraxaraq mövzunu yalnız boş bir sənəd kimi görərək məzmununu özü doldurmuşdur. İndi aşağıda verəcəyimiz 2 nümunə ilə onun tarixdən boş bir sənəd halında alıb məzmununu doldurduğu mövzuları və eyni mövzularda gerçəyin nə olduğunu sizlərə göstərəcəyik.

a ) Saqif və Əbu Bəkirə beyət hekayəsi : Bilindiyi kimi Nəbi (s.ə.ə)-in vəfatından sonra Səqifədə Əbu Bəkir xəlifə elan edilmiş, bunun üzərinə Nəbi (s.ə.ə)-in qəyyumu və xəlifəsi olan Hz. Əli (ə) səhabələrlə birlikdə müqavimət göstərmiş və bunun nəticəsində Əbu Bəkirin əmri ilə əsgərlər Hz. Əli (ə)-ın evini hesablamış və qarşıdurma yaşanmışdır ki , bu sırada Nəbi (s.ə.ə)-in qızı Hz. Fatimə (ə) -yaralanmış və bu səbəbdən ötəri şəhid olmuşdur ( bu mövzular haqqında məlumat üçün baxın : Vəhy evinə hücum).

Lakin Seyf ibn Ömər bu hadisəni tamamilə təhrif etmiş , Hz. Əli (ə)-ın Əbu Bəkirə dərhal beyət etdiyini söyləmişdir. Ki , bu da dolayılı olaraq Hz. Əli və səhabələrin etiraz etmədiyi və evə hücum edilmədiyini mənasını verməkdədir. Təbəri bu mövzuda Seyfdən belə rəvayət edir:

حدثنا عبيد الله ابن سعيد قال أخبرني عمى قال أخبرني سيف عن عبد العزيز بن سياه عن حبيب ابن أبي ثابت قال كان علي في بيته إذ أتى فقيل له قد جلس أبو بكر للبيعة فخرج في قميص ما عليه إزار ولا رداء عجلا كراهية أن يبطئ عنها حتى بايعه ثم جلس إليه وبعث إلى ثوبه فأتاه فتخلله ولزم مجلسه
Mənə Ubeydullah ibn Səid izah etdi , dedi ki : mənə əmim xəbər verdi , dedi ki : Seyf mənə Əbdüləzizə , o da Həbib ibn Əbi Sabitin xəbər verdi , dedi ki: Hz. Əli evində idi , ona Əbu Bəkirə beyət edildiyini deyildi. Bunun üzərinə altında şalvarı və üstündə də ridası olmayan bir köynək ilə tələm-tələsik çıxıb Əbu Bəkrə beyət etdi. Daha sonra öz şalvar və ridasını istəyərək örtündü.

Təbəri, “Tarixi Təbəri”, 2/447

Seyf’in rəvayət etdiyi Əbu Bəkirə beyət hekayəsi budu ! Bununla Əbu Bəkirə beyət mövzusunu tamamilə təhrif edir və tam tərsinə çevirir. Üstəlik utanmadan ” evindən şalvarsız çıxdı” deyə Hz. Əliyə də tən edir. Hər şeyi , bütün ixtilafları keçək , müsəlman biri hətta müsəlmanı keçin dinsiz və əxlaqsız biri belə evindən şalvarsız çixmazkən Hz. Əli (ə) necə belə bir şeyi edər?

b ) Osman ibn Əffanın öldürülməsi hekayəsi : Bizim keçən yazılarımızda səhih hədislər işığında ortaya qoyduğumuz üzrə Osman ibn Əffana qarşı üsyan edən və onu öldürən kəslər səhabə və tabeindən rəhbərlik etdiyi müsəlmanlardı . Və Osmanın öldürülməsinə yol açan onun zülmü , qohumlarını iş başına gətirməsi , Hz. Əli (ə)-ın deyimi ilə iştahlı dəvə bahar otlarının hamısını yediyi kimi Beytul Malı yeməsi idi ( bu mövzu haqqında geniş məlumat üçün baxın : Osman ibn Əffanın öldürülməsi).

Amma Seyf ibn Ömərin uydurduğu nağıllara görə Osman ibn Əffanın öldürülməsinin səbəbi xəyali ibni Səbanın insanları Osmana qarşı qızışdırması imiş. Guya yəhudi olan ibni Səba İslam məmləkətlərini gəzib gələrək Hz. Əli (ə)- ın Rəsulullah (s.ə.ə)-in qəyyumu olduğunu , Əbu Bəkir , Ömər və Osmanın bu məqamı qəsb edərək zalım olduqlarını və s. təbliğ edirmiş və bunun nəticəsi olaraq da bir qrup xarici toplanaraq Osmanı öldürmüşdür ( Seyfin bu nağılları üçün baxın : Abdullah ibn Səba: hədislər işığında araşdırma ) !

2. Əmr ibn Şurahbil əş- Şabi : Hz. Əli (ə) düşməni olan yalançı və xəbis bir nasibdir . Lakin Seyf ibn Ömərdən fərqli olaraq bu adam nasibilərə görə  imam olaraq görülməkdədir.

2-1. haqqında məlumat: “Səhihi Buxari ” və ” Səhihi Müslim” də daxil bütün nasibi qaynaqlarının özündən rəvayətdə olduğu, nasibi rical alimlərinin imam , əllamə , siqə( etibarlı) və s. deyə mədh etdiyi bir adamdır. əz-Zəhəbi onun haqqında deyir ki :

الشعبي ( ع )  عامر بن شراحيل بن عبد بن ذي كبار – وذو كبار : قيل من أقيال اليمن – الإمام ، علامة العصر ، أبو عمرو الهمداني ثم الشعبي 
əş- Şabi : Əmr ibn Şurahbil , imam , əsrinin əllaməsi , Əbu Əmr əl- Həmədani əş- Şabi .

سعيد بن عبد العزيز ، عن مكحول ، قالما رأيت أحدا أعلم من الشعبي
Səid ibn Abdulaiziz , Məhkuldən dedi ki : ” Şabidən daha alim olan birini görmədim. “

أبو بكر بن عياش ، عن أبي حصين ، قال : ما رأيت أحدا قط كان أفقه من الشعبي
Əbu Bəkir ibn Əyyaş , Əbu Hasindən dedi ki : ” Şabidən daha fəqih olan birini əsla görmədim.”

سليمان التيمي ، عن أبي مجلز ، قال : ما رأيت أحدا أفقه من الشعبي ; لا سعيد بن المسيب ، ولا طاوس ، ولا عطاء ، ولا الحسن ، ولا ابن سيرين ، فقد رأيت كلهم
Süleyman ət – Təmimi , Əbul Məclizdən dedi ki : ” Şa’bidən daha fəqih birini görmədim. Nə Səid ibn Müseyib , nə Tavuz , nə Ata , nə Həsən və nə də ibni Şirin . “

قال ابن عيينة : علماء الناس ثلاثة ; ابن عباس في زمانه ، والشعبي في زمانه ، والثوري في زمانه
ibni Uyəynə dedi ki : “insanların alimi 3 adamdır: ibni Abbas öz zamanında , Şabi öz zamanında və Səvri öz zamanında. “

əz-Zəhəbi, “əs-Siyər”, 4/295-304

Bütün nasibilərin mütləq alim olaraq gördükləri bu adam tamamilə yalançı , həqiqətləri təhrif edən bir xəbisdir .

2-2. təhrif etdiyi mövzulardan bəziləri: Şabi hər şeydən əvvəl bunun fərqindədir ki , özünün uydurduğu yalanlar Haris əl- Həmədani , Sasa ibn Suhan və bu kimi müsəlmanların-şiələrin Hz. Əli (ə)  və səhabələr (r.ə)-dan rəvayət etdikləri gerçəklər tərəfindən yalanlanacaktır . Ona görə ilk olaraq Əməvi padşahlığının dəstəyini arxasına alaraq bu kəsləri yalanlaması lazım idi. Elə bundan ötəri İmam Əli (ə)-ın səhabələrindən olan , şiə və sünni hər kəsin ittifaqla siqə ( etibarlı) və fəzilət sahibi olduğunu qəbul etdiyi Haris əl- Həmədani (r.ə) -a yalançılıq böhtanında oluş və onun haqqında “böyük yalançılardan biri” demişdir. Halbuki Haris əl- Hmədaninin yalançı olduğunu heç kimsə söyləməmişdir. Necə ki sünni hədis alimlərindən ibni Əbdülbərr də bu mövzuda demişdir ki :

وَلَمْ يَبِنْ مِنَ الْحَارِثِ كَذِبٌ وَإِنَّمَا نُقِمَ عَلَيْهِ إِفْرَاطُهُ فِي حُبِّ عَلِيٍّ رَضِيَ اللَّهُ عَنْهُ وَتَفْضِيلُهُ لَهُ عَلَى غَيْرِهِ، وَمِنْ هَا هُنَا وَاللَّهَ أَعْلَمُ كَذَّبَهُ الشَّعْبِيُّ؛ لِأَنَّ الشَّعْبِيَّ يَذْهَبُ إِلَى تَفْضِيلِ أَبِي بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ وَإِلَى أَنَّهُ أَوَّلُ مَنْ أَسْلَمَ
İndiyə qədər Hərisin yalan söylədiyi görülməmişdir. Haris , Əlini sevməkdə , onun məqam və mövqeyini digərlərindən üstün görməkdə həddindən artıq getdiyi üçün Şabi ona  nifrət edərək- Allah bilir -onu yalançı olaraq tanıtmışdır. Çünki Şabi Əbu Bəkirin digərlərindən üstün olduğuna və ilk müsəlman olduğuna inanar.

İbn Abdulbərr, “Camiu Bəyanil-Elm”, 2/1098

Şabi , Hz. Əli (ə) və səhabə (r.ə)-ın rəvayətçiləri olan Haris ibn Həmədani kimi hədis alimlərini Əməvi gücünə söykənərək yalan danışdıqdan  sonra özü Hz. Əli (ə) adına rəvayətlər uydurmuşdur. Məsələn Hz. Əli (ə)-ın Kufədə Əbu Bəkir və Ömərin üstünlükləri haqqındakı bu sözü kimi:

عن علي , قال : خير هذه الأمة بعد نبيها أبو بكر , ثم عمر
Əli dedi ki : ” Nəbi (s.ə.ə) -dən sonra bu ümmətin ən xeyirlisi Əbu Bəkir , sonra da Ömər . “

Halbuki Əbu Bəkir ilə Ömərin ümmətin ən fəzilətlisidir olması bir yana Esma binti Umeys (r.ə) kimi səhabə bir qadından belə üstün olmadıqları sabitdir ( baxın: ilk dönəm müsəlmanlarda Əbu Bəkir və Ömərin ən üstün səhabə olduğu inancı var idimi?). Digər tərəfdən Hz. Əli (ə)-ın ən üstün adam olduğu ibni Məsud və Hz. Həsən (ə)- dan səhih olaraq Şiə və Sünnilər qaynaqlarında sabit olmuşdur ( baxın : İmamların (ə) fəziləti).

Şabinin təhrif etdiyi bir başqa tarixi mövzu isə Cəməl döyüşüdür. Məlum olduğu üzrə Hz. Əli (ə) Talha , Zübeyr və Aişə rəhbərliyi ilə  üsyançılarla döyüşmək üçün getdiyində onunla birlikdə Rəsulullah (s.ə.ə)-in səhabələri də getmişdir. Lakin Şabi bu mövzuda deyir ki:

حدثنا ابن علية عن منصور عن عبد الرحمن عن الشعبي قال: لم يشهد الجمل من أصحاب النبي (ص) من المهاجرين والأنصار إلا علي وعمار وطلحة والزبير فإن جاءوا بخامس فأنا كذاب
Şabi dedi ki ” Nəbi (s.ə.ə)-in səhabələrindən mühacir və ənsardan Əli , Əmmar , Təlhə və Zübeyir xaric heç kimsə Cəməl döyüşünə qatılmamışdır. Əgər beşinci biri göstərilsə mən yalançıyam . “

ibni Əbi Şeybə, “Musənnəf”,8/710
ibni Abdurrabih, “İkdul Fərid”, 2/107

Şabinin bu sözü onun yalançı olduğuna özünün belə şahidlik etdiyi deməkdir. Çünki imam Əli (ə) ordunu Mədinədə yəni səhabələrin , mühacir və ənsarın yaşadığı şəhərdə hazırlayıb hərəkətə keçmişdir. Elə isə necə olur səhabədən kimsə bu döyüşə qatılmır? Şabinin yalancılığının isbatı üçün yalnız ibn Abbas , Hz. Həsən və Hz. Hüseyn (ə)-ın bu döyüşə qatıldıqlarını söyləmək kifayətdir. Şeyx Müfid (r.ə) da Şabinin bu sözünü köçürdükdən sonra deyir ki :

وقد أجمع أهل السير أنه شهد البصرة مع علي عليه السلام ثمانمائة من الأنصار، وتسعمائة من أهل بيعة الرضوان، وسبعون من أهل بدر
Siyər əhli ( tarixçilər ) Bəsrədə Əli (ə) ilə birlikdə ənsardan 800 adam , ridvan beyətindən 900 adam və Bədir əhlindən 70 kişinin olduğuna icma etmişdir.

Şeyx Müfid (r.ə), “Fususul-Muxtara”, səhifə 216

Bu mövzuda yalnız tarix kitablarına baxmaq belə kifayətdir.

Nümunə verdiyimiz bu mövzular kimi Əməvi mollaları tərəfindən təhrif edilən daha bir çox mövzu var. və saray mollalarının təhrif edərək gerçək tarixə qarşı bir alternativ olaraq uydurduğu bu saxta tarix Əməvilər tərəfindən rəsmi tarixə çevrilmişdir. Və çox təəssüf ki , bu gün belə eyni uydurmalar “İslam tarixi ” olaraq bilinməkdədir. Seyfin uydurduğu bu saxta tarix bu gün tarixdən danışan hər kəsin izah etdiyi , hətta şərqşünasların belə öz kitablarında yer verdiyi  “İslam tarixi” nə çevrilmişdir.

Vəlhəmdulillahi Rəbbil Aləmin .

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s