Yalançı və xarici nasibi imamı İkrimə ibn Abdullah əl- Bərbəri

BİSMİLLAHİR RƏHMANİR RƏHİM HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

İkrimə ibn Abdullah əl- Bərbəri sünni və nasibilərin böyük imamlarından , fəzilət sahibi  və onlar nəzdində tabeinin böyüklərindəndir. Sünni və nasibi qaynaqlarında səhabə Abdullah ibn Abbas (r.ə)-dan rəvayət edilən hədislərin az qala yarısından çoxu bu şəxs vasitəçiliyi ilə rəvayət edilmişdir. Bu şəxs , nasibilərin  “Quran sonrası ən etibarlı kitab ” olaraq gördükləri  “Səhihi Buxari”-nin ravilərindəndir ki, bu qədəri belə nasibilər nəzdində onun hansı mövqedə olduğunu bilməmiz üçün kifayətdir. Özü haqqında daha çox məlumat ala bilməyimiz üçün türkcə əhli sünnə saytlarından birinə link buraxıram , baxın : İkrimə ibn Abdullah əl-Bərbəri

Lakin bu böyük və fəzilət sahibi nasibi imamının iki xüsusiyyəti vardır. İlk olaraq bu adam şəxsən tabeinlər və nasibilərin böyük imamları tərəfindən yalançı olaraq vəsfedilmişdir , ikinci olaraq o xarici əqidəsinə mənsub olmuşdur. İnşaAllah bu işimizdə əvvəl nasibi qaynaqları işığında onun yalancılığını , daha sonra isə xarici əqidəsinə mənsub olmasını ortaya qoyacağıq.

1. Yalançı olması: İkrimənin yalançılığı xüsusilə çox məşhurdur və ilk dövr nasibi imamlarının onun haqqındakı sözlərinə baxıldığında bu açıqca görüləcək. Lakin daha sonra nasibilər öz imamlarına müxalifət edərək bu şəxsi etibarlı qəbul etmişlər. İndi İkrimənin yalançı olduğunu bəyan edən nasibi imamlarını şəxsən nasibi qaynaqlı səhih isnadlar ilə ortaya qoyacağıq.

 ikrime-kezzab-ahmed   ikrime-kezzab-ahmed1

Şəkildə gördüyünüz sünni və nasibilərin böyük imamlarından Əhməd ibn Hənbəlin ” İləl ” adlı kitabıdır , işarələnilmiş yerdə bu ifadələr var:

حدثنا عبد العزيز بن عبدالله الأويسي حدثنا ابراهين بن سعد عن أبيه عن سعيد بن المسيب أنه كان يقول لبرد مولاه: يا برد لا تكذب على كما كذب عكرمة على ابن عباس … Səid ibn Müsəyyib köləsi Bəridə dedi ki : ” Ey Bərid ! İkrimənin ibni Abbas üzərinə yalan söylədiyi kimi səndə mənim üzərimə yalan danışma “

Bu rəvayətdən sonra kitabın mühəqqiqi Vəsiyullah ibn Məhəmməd Abbas deyir ki :

إسناده صحيح İsnadı səhihdir .

Əhməd ibn Hənbəl , ” İləl və Marif ər- Rical” , 2/71

Əhməd ibn Hənbəlin köçürdüyü bu səhih xəbər açıqca Səid ibn Müseyyibin nəzdində İkriməni yalançı olduğunu və ibni Abbas (r.ə)-a yalan isnad etdiyini açıqca göstərməkdədir. Və məlumdur ki , nasibilərin nəzdində Səid ibn Müseyyib tabeinin əfəndisi , ən böyük alimlərindəndir , üstəlik səhabə ilə ən çox əlaqəs olanlardandır.

Və yenə bir başqa nasibi alimi olan ibni Əbdülbərr səhih sənədlə köçürdüyü bir hədisdə belə deməkdədir : ikrime-kezzab-ibni-abdilberr   ikrime-kezzab-ibni-abdilberr1

Şəkildə gördüyünüz ibni  Əbdülbərrin  ” ət-Təmhid ” adlı kitabıdır , işarələdiyiniz yerdə bu ifadələr var:

أخبرنا أحمد بن عبد الله بن محمد قال حدثني أبي قال حدثنا عبد الله بن يونس قال حدثنا نعيم بن مخلد قال حدثنا أبو بكر بن أبي شيبة قال حدثنا ابن إدريس يعني عبد الله بن إدريس الأزدي عن قطر قال قلت لعطاء إن عكرمة يقول قال ابن عباس سبق الكتاب الخفين قال عطاء كذب عكرمة أنا رأيت ابن عباس يمسح عليهما
… Fitr dedi ki : Ata (ibn Rebah )-a dedim ki : « İkrimə ibni Abbasın ” əvvəlki kitablar itmişdir ” dediyini rəvayət edir » Ata ( ibn Rebah ) dedi ki : ” İkrimə yalan söyləyir … “

İbni Əbdülbərr , ” ət-Təmhid ” , 11/138-139

Bu hədisin isnadı nasibi rical elminə görə səhihdir , necə ki son dövr nasibi mühəddislərindən əl- Albani də bunu seçdi , əl- Albani bu hədis haqqında deyir ki :

إسناده جيد على شرط البخاري isnadı Buxari şərtlərinə görə cəyyid ( gözəl )-dir .

Əl-Albani, “Silsilətu əhədis əs-Sahiha”, 7/1345

Eyni şəkildə ibni Abbas (r.ə)-ın oğlu Əli də İkrimənin atası üzərinə yalan söylədiyini bildirmişdir ki , bu xəbəri nasibilərin rical alimi olan əz-Zəhəbi rəvayət edir :

 ikrime-kezzab-siyer  ikrime-kezzab-siyer1

Şəkildə gördüyünüz nasibi rical alimi əz- Zəhəbinin ” Siyər ” adlı kitabıdır , işarələdiyiniz yerdə bu ifadələr var:

جرير بن عبد الحميد ، عن يزيد بن أبي زياد قال : دخلت على علي بن عبد الله بن عباس ، وعكرمة مقيد على باب الحش ، قال : قلت : ما لهذا كذا ، قال : إنه يكذب على أبي
Cərir ibn Əbdülhümeyd Yezid ibn Əbi Ziyaddan dedi ki: Əli ibn Abdullah ibn Abbasın yanına girdim və İkrimənin qapının yanında dayandığını gördüm. (Əli) -yə dedim ki: “Bu da nə? ” Dedi ki: “Bu atama yalan isnad edir “

əz-Zəhəbi, “Siyər”, 5/23

Görüldüyü kimi şəxsən ibni Abbas (r.ə)-ın oğulu Əli belə İkrimənin atası üzərinə yalan söylədiyini bildirir elə isə necə olur sizlər bu yalançıya etimad edirsiniz?

əz-Zəhəbi bir başqa kitabında yuxarıda axdardıqlarımızdan başqa İkrimənin yalan sayanların siyahısını bu şəkildə verməkdədir:

 ikrime-kezzab-zehebi  ikrime-kezzab-zehebi1  ikrime-kezzab-zehebi2

Şəkildə gördüyünüz əz- Zəhəbinin  ” Min təkəlləm fiha və huva muvəssəq ” adlı kitabıdır , işarələdiyiniz yerdə bu ifadələr var:

عكرمة مولى ابن عباس ibni Abbasın məvalisi İkrimə

كذبه مجاهد وابن سيرين ومالك Mücahid (əl -Məkki ) , ibni Şirin və ( imam) Malik onun yalanlamıştırlar .

əz-Zəhəbi , ” Min təkəlləm fiha və huva muvəssəq “, 1/136-137, 246 -cı ravi

İndi İkriməni yalan sayanların siyahısını verək:

ibni Abbas (r.ə)-ın oğulu Əli Səid ibn Müsəyyib Ata ibn Rəbah Mücahid əl-Məkki ibni Şirin Malik ibn Ənəs

İndi soruşuruq , İkrimənin yalançı olduğunu bəyan edən bu qədər tabein və məzhəb imamı mı İkriməyə böhtan edərək onu yalançı adlandırmaqda ( və beləcə özləri yalançı mövqesinə düşməkdə )-dırlar yoxsa həqiqətən İkrimə  yalançıdır?

2. Xarici olması: İkrimənin yalançılığı kimi Xariciliyi də məşhurdur. Tabeinlər və ilk dövr nasibi imamları onu açıqca yalan hesab etdikləri kimi xarici əqidəsinə mənsub olmasını da açıqca söyləmişdir. Yəhya ibn Main , Əli ibn əl- Mülki və bu kimi rical elmində nüfuzu olan digər alimlər onun xarici olduğunu bəyan etmişdir . Nasibi rical alimi əz-Zəhəbi İkrimənin bioqrafiyasında deyir ki :

ikrime-kezzab-siyer (1)  ikrime-harici-zehebi  ikrime-harici-zehebi1

Şəkildə gördüyünüz əz- Zəhəbinin ” Siyər ” adlı kitabıdır , işarələdiyiniz yerdə bu ifadələr var:

قال يحيى بن بكير قدم عكرمة مصر ونزل هذه الدار ، وخرج إلى المغرب ، فالخوارج الذين بالمغرب عنه أخذوا
قال علي ابن المديني : كان عكرمة يرى رأي نجدة الحروري
وقال أحمد بن زهير : سمعت يحيى بن معين يقول : إنما لم يذكر مالك عكرمة – يعني في ” الموطأ ” – قال : لأن عكرمة كان ينتحل رأي الصفرية
وروى عمر بن قيس المكي ، عن عطاء قال : كان عكرمة إباضيا
وقال علي ابن المديني : حكي عن يعقوب الحضرمي ، عن جده قال : [ ص: 22 ] وقف عكرمة على باب المسجد فقال : ما فيه إلا كافر . قال : وكان يرى رأي الإباضية
Yəhya ibn Bükeyr dedi ki : ” İkrimə Misirə və oradan da Məğribə getdi və Məğriblilər Xariciliyin ondan aldılar” Əli ibn əl- Ailə dedi ki : ” İkrimə Nəcd haruri (xarici) lərindəndi . “ Əhməd ibn Züheyr dedi ki : Yəhya ibn Mainin belə dediyini eşitdim: ” İkrimə Süfriyyə fikirində idi “ Ömər ibn Kays əl -Maliki Atadan belə rəvayət etdi:  ” İkrimə İbad (xarici təriqətlərindən ) idi. “ Əli ibn əl- Ailə dedi ki : Yaqub əl- Hadrəmi babasından belə rəvayət etmişdir:  “O İbadiyyə görüşündəydi “

əz-Zəhəbi, “Siyər”, 5/21-22

Nasibilərin məzhəb tarixçilərindən olan əş- Şəhristani də “əl – Milal vən- Nihal” adlı kitabında İkrimənin mütəqəddim Xaricilərin olduğunu söyləməkdədir , baxın : əş-Şəhristani, “əl-Milal vən-Nihal”, 1/135

Vəlhəmdulillahi  Rəbil Aləmin

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s