İbni Abbas: “Şuara 214 və Təbbət 1 ayələri fərqli şəkildə nazil olmuşdur

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra … nasibilərin Quran haqqındakı inanclarını sənədlərlə və öz qaynaqlarından dəlillər ilə köçürməyə , sizlərlə paylaşmağa davam edirik. Nasibilərin hədisdə ən üstün imamlarından olan Müslim “əs-Səhih ” adlı kitabında səhabə ibni Abbasa (r.ə) böhtan ataraq  bax nələr söyləyir:

ibn-abbas-sura-214-ve-tebbet-1-muslim  ibn-abbas-sura-214-ve-tebbet-1-muslim1

Şəkildə gördüyünüz əhli sünnənin “Qurandan sonra ən etibarlı kitab” olaraq gördüyü “Səhihi Müslim ” dir , işarələnmiş yerdə bu ifadələr var:

وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ مُحَمَّدُ بْنُ الْعَلَاءِ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ الْأَعْمَشِ عَنْ عَمْرِو بْنِ مُرَّةَ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنْ ابْنِ عَبَّاسٍ قَالَ لَمَّا نَزَلَتْ هَذِهِ الْآيَةُ وَأَنْذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ وَرَهْطَكَ مِنْهُمْ الْمُخْلَصِينَ خَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى صَعِدَ الصَّفَا فَهَتَفَ يَا صَبَاحَاهْ فَقَالُوا مَنْ هَذَا الَّذِي يَهْتِفُ قَالُوا مُحَمَّدٌ فَاجْتَمَعُوا إِلَيْهِ فَقَالَ يَا بَنِي فُلَانٍ يَا بَنِي فُلَانٍ يَا بَنِي فُلَانٍ يَا بَنِي عَبْدِ مَنَافٍ يَا بَنِي عَبْدِ الْمُطَّلِبِ فَاجْتَمَعُوا إِلَيْهِ فَقَالَ أَرَأَيْتَكُمْ لَوْ أَخْبَرْتُكُمْ أَنَّ خَيْلًا تَخْرُجُ بِسَفْحِ هَذَا الْجَبَلِ أَكُنْتُمْ مُصَدِّقِيَّ قَالُوا مَا جَرَّبْنَا عَلَيْكَ كَذِبًا قَالَ فَإِنِّي نَذِيرٌ لَكُمْ بَيْنَ يَدَيْ عَذَابٍ شَدِيدٍ قَالَ فَقَالَ أَبُو لَهَبٍ تَبًّا لَكَ أَمَا جَمَعْتَنَا إِلَّا لِهَذَا ثُمَّ قَامَ فَنَزَلَتْ هَذِهِ السُّورَةُ تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَقَدْ تَبَّ كَذَا قَرَأَ الْأَعْمَشُ إِلَى آخِرِ السُّورَةِ
… İbni Abbas (r.ə) dedi ki : bu ” ən yaxın qohumlarını və onlardan ən seçmə qəbiləni xəbərdar et!” ayəsi nazil olunca Rəsulullah (s) Səfa dağı üzərinə çıxaraq  ” Basqın var! .. ” Deyə səsləndi ( Müşriklər ): “Bu hayqıran kimdir? ” dedilər , ( görənlər ): ” Məhəmməd “deyə cavab verdilər. Bunun üzərinə onun yanına toplandılar. Rəsulullah (s) : “Ey filan oğulları! Ey filan oğulları! Ey filan oğulları! Ey Abdi Mənaf oğulları ! Ey Əbdülmüttəlib oğulları! “Deyə xitab etdi. Dərhal yanına toplandılar. Rəsulullah (s) onlara : “Nə deyərsiniz ? Sizə bu dağın ətəyindən bir sıra atlı çıxıb gəldiyini xəbər versəm məni təsdiq edə bilərsinizmi ? ” dedi.  Müşriklər : “Biz sənin heç bir yalanını tutmuş deyilik” dedilər. Rəsulullah (s) : ” O halda mən sizə şiddətli bir əzab qarşısında ( o əzabı xəbər verən ) bir nəzirəm ” buyurdu. Bunun üzərinə Əbu Ləhəb : ” Yaqıqlarr olsun sənə ! Bizi bunun üçün mü topladın ? ” dedi , sonra qalxıb getdi . Arxasından bu surə nazil oldu: ” Əbu Ləhəbin əlləri qurusun, qurudu da və həm də həqiqətən qurumuşdur …”

Müslim, “əs-Səhih”, 1/194, İman kitabı, bab 89, hədis 208

Bu hədisə görə guya Hz. ibni Abbas (r.ə) Şuara surəsi 214 -cü ayənin “Ən yaxın qohumlarını və onlardan ən seçmə qəbiləni xəbərdar et!” şəklində olduğunu söyləyirmiş. Halbuki əlimizdə olan Quraiı Kərimdə bu ayədə “və onlardan ən seçmə qəbiləni ” ifadəsi yoxdur. Yenə bu hədisə görə guya ibni Abbas (r.ə) Təbbət surəsi 1-ci ayənin ” Əbu Ləhəbin əlləri qurusun, qurudu da və həm də həqiqətən qurumuşdur …” şəklində olduğunu söyləyir. Ancaq yenə əlimizdəki Qurani Kərimdə bu ayədə “və həm də həqiqətən ” ifadəsi yoxdur.

Vəlhəmdulillahi  Rəbil Aləmin

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s