Tirmizi : “Əl, ayaq və bu kimi sifətləri qəbul edib, sualsız olaraq inanmaq əhli-sünnənin nəzəridir”

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra … bilindiyi kimi son zamanlarda ortaya çıxan vəhabilik firqəsi özünü “əsl əhli sünnə”  və  “sələfi ” olaraq tanıdır və Əşəri , Maturudi , Mötəzilə və bu kimi sünni kəlami məzhəblərini sələfin yolundan sapmaqda ihtam etməkdədirlər. Bu yazımızda sünnilərin kütubi sittə imamlarından biri olan Tirmizinin bu mövzudakı sözlərini köçürəcəyik , baxaq bütün bu nasibi lətifələr içərisində əslinə bağlı olaraq qalmış olan kimlərdir , Mötəzilə , Əşəri və Maturudilər yoxsa Vəhhabilər mi ?

 tevhid-tirmizi  tevhid-tirmizi2  tevhid-tirmizi3

Şəkildə gördüyünüz kütubi sittə imamlarından Tirmizinin “Sünən” adlı kitabıdır , işarələnilmiş yerdə bu ifadələr var:

وقد قال غير واحد من أهل العلم في هذا الحديث وما يشبه هذا من الروايات من الصفات ونزول الرب تبارك وتعالى كل ليلة إلى السماء الدنيا قالواقد تثبت الروايات في هذا ويؤمن بها ولا يتوهم ولا يقال كيف هكذا روي عن مالك وسفيان بن عيينة وعبد الله بن المبارك أنهم قالوا في هذه الأحاديث أمروها بلا كيف وهكذا قول أهل العلم من أهل السنة والجماعة وأما الجهمية فأنكرت هذه الروايات وقالوا هذا تشبيه وقد ذكر الله عز وجل في غير موضع من كتابه اليد والسمع والبصر فتأولت الجهمية هذه الآيات ففسروها على غير ما فسر أهل العلم وقالوا إن الله لم يخلق آدم بيده وقالوا إن معنى اليد هاهنا القوة وقال إسحق بن إبراهيم إنما يكون التشبيه إذا قال يد كيد أو مثل يد أو سمع كسمع أو مثل سمع فإذا قال سمع كسمع أو مثل سمع فهذا التشبيه وأما إذا قال كما قال الله تعالى يد وسمع وبصر ولا يقول كيف ولا يقول مثل سمع ولا كسمع فهذا لا يكون تشبيها وهو كما قال الله تعالى في كتابه ليس كمثله شيء وهو السميع البصير
Bir çox elm adamı bu hədis və bənzəri rəvayətlər və araşdırmalarla  Allahın hər gecə dünya səmasına enişi haqqında ki məsələdə belə deyirlər :  “Bu cür rəvayətlər sabitdir bunlara inanılmalı vəhmə qapılaraq necə ola bilər? Deyilməməlidir . “Eyni şəkildə Malik , Süfyan ibn Uyəynə , Abdullah ibn Mübarək bu növ hədislər haqqında deyirlər ki : “Bu cür hədisləri “necə”siz  olaraq qəbul edib inanın, Əhli-Sünnə vəl-camaat elm adamlarının görüşü belədir. Cəhmiyyə məzhəbi bu cür rvayətləri rədd edərək bu  ” bənzətmə “dir deməkdədir.

Allah , Kitabının bir çox yerində Yəd ( Əl) , Səm ( Qulaq ) və Bəsər (Göz ) təbirlərini zikr edir. Cəhmiyyə isə bu ayələri elm adamlarının təfsirinə zidd şərh deyirlər ki : “Allah , Adəmi əliylə yaratmamışdır. Burada “əl ” sözü güc və qüvvət mənasındadır. “

İshaq ibn İbrahim belə deyir:  “Təşbeh (bənzətmə) belə deyilsə olar: ” Əl kimi əl , ələ bənzəyən əl,Qulaq kimi qulaq , qulağa bənzəyən qulaq . ” Allahın buyurduğu kimi Yəd ( Əl) , Səm ( Qulaq ) , Bəsər (Göz ) , deyilir də xüsusiyyət və özəlliyi  araşdırılmazsa və qulaq kimi qulağa bənzər deyilməzsə bu təşbeh olmaz və Allahın kitabındakı bu ayəyə bənzəmiş olur: “… Amma heç bir istiqamətdə və şəkildə heç bir şey Allahın bənzəri ola bilməz …” ( Şura 11)

Tirmizi , “Sünən”, 2/42-43, Zəkat kitabı, hədis 662

Bu gün bu nasibi təriqətlərindən hansı buna iman etməkdədir? Mötəzilə , Əşəirə və Maturudiyyə yoxsa Sələfi (Vəhhabilər) mi? Gerçək budur ki, bu gün bu inanc Vəhhabilərə məxsusdur. Nəticə :

1. Malik , Süfyan ibn Uyəynə , ibni Mübarək və Tirmizinin dəyişməsi ilə bütün əhli sünnə Allah (c.c)-ın əlləri , ayaqları , gözləri olduğuna , göyə çıxıb yerə endiyində inanırlar.
2. Əşəriə və Matrudiyyə öz mütəqəddim alimlərinin dinindən ayrılmışdırlar.

Vəlhəmdulillahi  Rəbil Aləmin

Yorum bırakın