Aişə binti Əbu Bəkir: “Quranın 3 yerində ləhin (qrammatik səhv) var”

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra … nasibilərin ən etibarlı qaynaqları işığında öz əqidələrini sizlərlə paylaşmağa davam edirik. Bu işimiz son zamanlar başladığımız  ” nasibilər və Quran ” silsilə işlərinin davamı olacaq və inşaAllah bu işimizdə nasibi qaynaqlarında özündən ən çox hədis rəvayət edilən şəxslərdən biri olan Aişə ibn Əbu Bəkirin uca kitabımız haqqında nələr söylədiyini sizlərə təqdim edəcəyik. Sünni və nasibilər böyük hədis və təfsir imamı olaraq gördükləri Səid ibn Mənsur belə rəvayət etməkdədir:

aisha-lahin-said-b-mansur

Şəkildə gördüyünüz Səid ibn Mənsurun  ” Təfsir ”  kitabıdır , işarələnilmiş yerdə bu ifadələr var:

حدثنـا أبو معاوية، عن هشام بن عروة، عن أبيه، قالسألت عائشة عن لحن القرآن، عن قوله (ِنْ هَذَانِ لَسَاحِرَانِ) وعن قوله (وَالْمُقِيمِينَ الصَّلاَةَ وَالْمُؤْتُونَ الزَّكَاةَ) وعن قوله (إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئُونَ). فقالت: هذا عمل الكتاب، أخطأوا في الكتاب
Mənə Əbu Müaviyə , Hişam ibn Ürvəni , o da babsından belə rəvayət etdi: Aişədən Qurandakı ləhin ( qrammatik səhv ) haqqında soruşdum. Allahın  “İnnə haazaani le saahiraani” ( Taha 63 ) və ” vəl- muqimines – salaate vəl- mu’tunez – zekete ” (Nisa 162 ) və ” İnnəlləzinə aamenu vellezinə heedu vas – saabiune ” (Maidə 69) sözlərini soruşdum. Aişə dediki: “Ey qardaşım oğlu! Dedi ki: “bu katiblərin əməlidir , yazarkən səhv etmişdirlər”

Səid ibn Mənsur , ” Təfsir ” , 4/1507-1508 , hədis 769

Bu hədisi əhli sünnə alimlərindən Əbu Übeyd  “Fəzailul Quran” , 2/ 103 -də, Təbəri  “Təfsir ət-Təbəri”, 7/680-də rəvayət etmişdir . Əhli sünnənin böyük hədis , təfsir və tarix alimi olan Suyuti bu hədisi Əbu Übeyddən canlı rəvayət etdikdən sonra deyir ki :

هذا إسناد صحيح على شرط الشيخين
Bu isnad Şeyhayn (Buxari və Müslim)- in şərtinə görə səhihdir .

Suyuti , ” əl-İtqan fi ulumil Quran” , 1/ 388

EK1 : Dəfələrlə ” vəlayət”  bloqumuzda cavablar verərək yalançı , təhrifçi və həyasız (= Müaviyə ) olduğunu ortaya qoyduğumuz  “Araz Həsəzadə” adlı nasibi bizim bu məqaləmizdə öz bloqunda bir cavab hazırlamışdır. Bu cavabında bizim hədisin səhhəti haqqında fikirini köçürdüyümüz Suyutinin hədis haqqındakı sözlərini köçürmüş. Buna cavab olaraq deyirəm ki , Suyutinin hədis haqqında sözlərindən də görüləcəyi kimi Suyuti hədisin sənədində hər hansı bir problem tapa bilmir , yalnız onun mətnini əl gəzdirməkdədir ki , bu da ilk başda özünün söylədiyi kimi hədisin sənəd baxımından səhhətinə dəlalət etməkdədir. Elə isə Suyuti və onun cavabını bizə qarşı dəlil deyə təqdim edən ağılsız nasibidən soruşuruq: Sizə görə sənədi Buxari və Müslim şərtlərinə görə səhih olan , bütün raviləri sizin nəzdinizdə etibarlı və höccət olan kəslərin köçürdüyü hədisi rədd etmək olarmı? Elə isə hədislərin necə səhih və ya səhih olmadığını nəyə görə təyin edirsiz ?

Ey nasibi ! İndi sənə imamın Buxarinin kitabından bu hədisin sənədi kimi olan bir sənəd təqdim edəcəyəm , baxaq onu da inkar ede bilərsənmi . Buxari  “əs-Səhih”  də deyir ki:

حدثنا محمد هو ابن سلام قال حدثنا أبو معاوية حدثنا هشام بن عروة عن أبيه عن عائشة قالت جاءت فاطمة بنت أبي حبيش إلى النبي صلى الله عليه وسلم فقالت يا رسول الله إني امرأة أستحاض فلا أطهر أفأدع الصلاة فقال رسول الله صلى الله عليه وسلم لا إنما ذلك عرق وليس بحيض فإذا أقبلت حيضتك فدعي الصلاة وإذا أدبرت فاغسلي عنك الدم ثم صلي
Mənə Məhəmməd ibn Salam izah etdi , dedi ki : Mənə Əbu Müaviyə izah etdi , dedi ki : Hişam ibn Ürvə mənə atasından , o da Aişədən belə izah etdi: Əbu Hubeyş qızı Fatimə , Nəbi (s)-in yanına gəldi və dedi ki : “Ya Rəsulullah!  Mən davamlı qanamağa məruz qılınan bir qadınam , təmiz ola bilmirəm. Namazı tərk edimmi? “Rəsulullah (s) dedi ki : ” Xeyr , bu aybaşı deyil , bir damardan gələn qandır. Sənin əsl heyzin gəldiyi vaxt namazı burax. Heyzin ( kəsilmə zamanı ) gəlincə özündən qanı yu , sonra namaz qıl ”   buyurdu.

Buxari , ” əs-Səhih” , 1 /93 , Kitabul Vudu , hədis 228

Görüldüyü kimi  “Səhihi Buxari ” dəki hədisin sənədi ilə bizim köçürdüyümüz hədisin sənədi tamamilə eynidir, rəvayət edənlər eyni kəslərdir. İndi çox maraqlıdır , görəsən nasibilər “Səhihi Buxari ” dəki bu hədisi də inkar edirlər mi ?   Yoxsa buradada qıvrılırlar ?

Vəlhəmdulillahi  Rəbil Aləmin

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s