Səhih nasibi hədisi: “Hz. İbrahim (ə) 3 dəfə yalan söylədi və arvadını kralın yanına göndərdi. “

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Nasibilərin peyğəmbərlik və Allah azzə və cəllənin insanlığı işıqlandırmaq üçün göndərdiyi nəbilər (ə) haqqındakı çirkin inanclarını özlərinin ən etibarlı qaynaqları ilə paylaşmağa davam edirik. Bu yazımızda inşaAllah nasibilər ulul əmz peyğəmbərlərdən Hz. İbrahim (ə)-a nisbət etdikləri böhtanları sizlərlə paylaşacağıq. Bu yazıda köçürəcəyim sənədləri ilk olaraq Slave of Ahlubait qardaşımızın öz bloqundakı işini gördüm , daha sonra isə axtararaq böhtanın iştirak etdiyi digər qaynaqları tapdım. Slave of Ahlubait qardaşın yazısını əsli bu linkdə : İbrahim (a.s) sent His wife for adultery ?

ibrahim-a-s-buhari  ibrahim-a-s-buhari1

Şəkildə gördüyünüz nasibilərin ən etibarlı mühəddisi Buxarinin ” əs-Səhih” adlı kitabıdır , işarələdiyiniz yerdə bu ifadələr var:

حدثنا محمد بن محبوب حدثنا حماد بن زيد عن أيوب عن محمد عن أبي هريرة رضي الله عنه قال لم يكذب إبراهيم عليه السلام إلا ثلاث كذباتثنتين منهن في ذات الله عز وجل قوله إني سقيم وقوله بل فعله كبيرهم هذا وقال بينا هو ذات يوم وسارة إذ أتى على جبار من الجبابرة فقيل له إن ها هنا رجلا معه امرأة من أحسن الناس فأرسل إليه فسأله عنها فقال من هذه قال أختي فأتى سارة قال يا سارة ليس على وجه الأرض مؤمن غيري وغيرك وإن هذا سألني فأخبرته أنك أختي فلا تكذبيني فأرسل إليها فلما دخلت عليه ذهب يتناولها بيده فأخذ فقال ادعي الله لي ولا أضرك فدعت الله فأطلق ثم تناولها الثانية فأخذ مثلها أو أشد فقال ادعي الله لي ولا أضرك فدعت فأطلق فدعا بعض حجبته فقال إنكم لم تأتوني بإنسان إنما أتيتموني بشيطان فأخدمها هاجر فأتته وهو قائم يصلي فأومأ بيده مهيا قالت رد الله كيد الكافر أو الفاجر في نحره وأخدم هاجر قال أبو هريرة تلك أمكم يا بني ماء السماء
Mənə Məhəmməd ibn Məhbub izah etdi , dedi ki : Həmmad ibn Zeyd mənə Əbu Əyyubdan , o Məhəmməddən , o da Əbu Hüreyrədən izah etdi , dedi ki : İbrahim (ə) 3 dəfə istisna olmaqla yalan söyləməmişdir. Bunlardan ikisi Əziz və Cəlil olan Allahın zatı və rizası üçündür. Bütə tapınanları “Mən xəstəyəm!” deməsi və “Bəlkə bütlərin bu böyüyü bu qırma işində i.tirak etmişdir ” deməsi . Rəsulullah üçüncüsü üçün də belə demişdir: « İbrahim günün birində arvadı Sara ilə birlikdə qəflətən cəbbarlardan ibarət  bir zalımın məmləkətinə enmişdi . Adamları tərəfindən o zalım hökmdara :  “Şəhərə yolçu bir kimsə gəlmişdir. Yanında insanların ən gözəli bir qadın vardır “ deyə xəbər verildi. Zalım hökmdar , İbrahim (ə)-a xəbər göndərdi. Gəldiyində Sara haqqında soruşaraq dedi ki : “Bu qadın kimdir? ” İbrahim (ə) dedi ki : ” bacım . ” Sonra İbrahim (ə) Saranın yanına gəldi və dedi ki : ” Ey Sara , yer üzündə məndən və səndən başqa iman edən heç bir adam yoxdur . Bu hökmdar , mənə səni soruşdu. Mən də ona sənin mənim bacım olduğunu xəbər verdim. Əsla mənim sözümü yalan çıxarma . ” Arxasından zalım hökmdar Saraya elçi göndərib çağırtdı . Sara onun yanına girincə məlik əliylə Saraya uzatmağa başladı , bu anda adam bir hala tutuldu , nəfəsi boğuldu. Dərhal Saraya dedi ki : “Mənim üçün Allaha dua et , mən sənə zərər verməyəcəyəm. ” Sara , Allaha dua etdi. Duadan dərhal sonra adam o haldan ayıldı. Sonra Saraya ikinci dəfə uzatdı. Bu səfər də birincidəki kimi yaxud ondan daha şiddətli bir hala tutuldu. Yenə Saraya dedi ki : “Mənim üçün Allaha dua et , mən sənə zərər verməyəcəyəm. ” Sara yenə dua etdi , o da yenə düzəldi və qapıçılarından bəzisini çağırdı və dedi ki : “Siz mənə insan gətirmədiz , sizlər mənə ancaq bir şeytan gətirdiniz. ” Dərhal sonra Həcəri Saraya xidmətçi olaraq hədiyyə etdi. Sara , İbrahim (ə)-a gəldi. İbrahim , dikəlmiş namaz qılırdı. Əliylə ” Məhyə ” yəni  ” halın necədir? ” deyə işarə etdi. Sara dedi ki : “Allah kafirin yaxud fəcirin ( zalımın ) hiyləsini özünə yönəltdi  və Həcəri də mənə xidmətçi verdi. ” » Əbu Hüreyrə dedi ki : ” Bu Həcər sizin ananızdır , ey səma suyunun oğulları. “

Buxari , ” əs-Səhih” , 2 /461 , əl-Ənbiya kitabı , 8-ci bab , hədis 3358

Hədisi Müslim  “əs-Səhih”, 4/1840, Fəzilətlər kitabı, 41-ci bab, hədis 2371də ,Tirmizi “Sünən” , 5/228-229 , Təfsir kitabı , bab 22 , hədis 3166da, Əbu Davud ” Sünən” , 3/ 533 , Təlaq kitabı , bab 16 , hədis 2212də rəvayət etmişdir . Görüldüyü kimi hədisi kütubi sittə imamları rəvayət etmişdirlər və hədisin Buxari ilə Müslim tərəfindən rəvayət edilmiş olması nasibilər nəzdində onun səhhəti üçün kifayətdir. Buna əlavə olaraq hədisi öz kitabında rəvayət edən Tirmizi hədis haqqında deyir ki :

‏قال ‏أبو عيسى ‏ ‏: هذا ‏ ‏حديث حسن صحيح
Əbu İsa (Tirmizi ) dedi ki : bu hədis həsən səhihdir .

Tirmizi , “Sünən” , 5/228-229 , Təfsir kitabı , bab 22 , hədis 3166

Hədisdən gördüyümüz kimi burada Hz. İbrahim (ə)-a iki istiqamətdən böhtan atılmaqdadır. Əvvəlcə Hz. İbrahim (ə)-a , 3 dəfə yalan söyləmiş olduğu böhtanı atılmaqdadır. Daha sonra isə Hz. İbrahim (ə)-ın öz zövcəsi Hz. Saranın bacısı deyə tanıdaraq zalım bir krala göndərdiyi böhtanı atılmaqdadır. Hz. İbrahim (ə) zalım bir kralın , üstəlikdə zövcəsinin gözəlliyi ilə maraqlanan bir zalımın ona təcavüz etmək istəyəcəyini bilmirdimi ki, arvadını qorumur və krala göndərirdi ?

Vəlhəmdulillahi  Rəbil Aləmin

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s