İbn Səd: “Cəfəri Sadiq’in hədisləri ilə dəlil gətirmək olmaz, onun hədisləri zəifdir”

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Nasibilərin öz mənbələrindən, öz rəhbərlərinin dilindən “biz də Əhli Beyti sevirik”, “biz Əhli Beytə bağlıyıq” və s. kimi sözlərinin yalan və cəhalət məhsulu olduğunu sübut etməyə davam edirik. İnşallah bu dəfə nasibilərin rical, hədis və tarix sahəsində böyük imamı olan İbn Sə’din Əhli Beyt imamı Hz. Cəfəri Sadiq (ə) haqqındakı sözlərini sizlərlə paylaşacağıq. Amma əvvəlcə İbn Sə’din şəxsiyyəti və nasibilər nəzdindəki mövqeyi haqqında sizlərə məlumat veririk.Zəhəbi onun haqqında deyir:

محمد بن سعد  ابن منيع ، الحافظ العلامة الحجة أبو عبد الله البغدادي ، كاتب الواقدي ، ومصنف ” الطبقات الكبير ” في بضعة عشر مجلدا و ” الطبقات الصغير ” وغير ذلك
Məhəmməd b. Sə’d b. Muniə, hafiz, əllamə, hüccətƏbu Abdullah əl-Bağdadi. Vəqidinin katibi və “Təbaqətul Kübra” kitabı ilə yanaşı bir çox kitabın müəllifi.

قال ابن أبي حاتم : سألت أبي عن ابن سعد ، فقال : صدوق ، رأيته جاء إلى القواريري وسأله عن أحاديث فحدثه
رواها الخطيب ثم قال : محمد بن سعد عندنا من أهل العدالة ، وحديثه يدل على صدقه
قال ابن فهم : محمد بن سعد صاحب الواقدي ، هو مولى الحسين بن عبد الله بن عبيد الله بن العباس بن عبد المطلب ، توفي ببغداد في يوم الأحد لأربع خلون من جمادى الآخرة ، سنة ثلاثين ومائتين وهو ابن اثنتين وستين سنة قال : وكان كثير العلم ، كثير الحديث والرواية ، كثير الكتب ، كتب الحديث والفقه والغريب
İbn Əbu Hatəm dedi: atamdan İbn Sə’d haqqında soruşdum, “sadiqdir” dedi. Atamın Qəvariridən onun hədislərini soruşduğunu və izah etdiyini gördüm.
Xətib dedi ki: “Məhəmməd b. Sə’d, bizim nəzərimizdə əsl ədalət sahibi olan kəslərdəndir və hədisləri onun sadiqliyinə dəlildir.”
İbn Fəhmi dedi: “Vəqidinin yoldaşı Məhəmməd b. Sə’d çox böyük elm, hədis və rəvayət sahibidir, bir çox kitabı vardır.”

əz-Zəhəbi, “Siyər”, 10/664-66

Nasibilərin yanında hüccət, əllamə və ədalətli olan bu şəxs müsəlmanların imamı, ağası Hz. Cəfəri Sadiq (ə) -a dil uzatmağa cürət edir və imamın rəvayət etdiyi hədislərin dəlil olmadığını söyləyir.

nasb-ibn-sad-tehzib nasb-ibn-sad-tehzib1

Şəkildəki kitab nasibilərin rical və hədis alimlərindən biri olan İbn Həcərin “Təhzib ət-Təhzib” adlı kitabıdır. İşarələnmiş yerdə bu ifadələr var:

جعفر بن محمد بن علي بن الحسين بن علي بن أبي طالب الهاشمي العلوي. أبو عبد الله المدني الصادق
Cəfər b. Muhəmməd b. Əli b. Hüseyn b. Əli b. Əbu Talib əl-Haşimi əl-Ələvi, Əbu Əbdullah əl-Mədəni əs-Sadiq.

و قال ابن سعد : كان كثير الحديث ، و لا يحتج به ، و يستضعف ، سئل مرة : سمعت هذه الأحاديث من أبيك ؟ فقال : نعم . و سئل مرة ، فقال : إنما وجدتها فى كتبه
və İbn Sə’d dedi: “Onun bir çox hədisi vardır. Lakin onunla ehticac olunmaz (dəlil gətirmək olmaz), hədisləri zəif sayılır. Rəvayət etdiyi hədis üçün özünə “bu hədisləri atandan eşitdinmi?” deyə soruşuldu və o da “bəli” dedi. Bir başqa dəfə soruşulduğunda isə “bunları ancaq onun kitabında oxudum” dedi. “

İbni Həcər, “Təhzib ət-Təhzib”, 2/103-104

İşi-gücü özünü yazıq kimi göstərib, bəzilərini aldatmağı qarşısına məqsəd qoyaraq “biz də Əhli Beyti sevirik” və hətta bir az daha həyasızlaşaraq “biz Əhli Beyt yolundayıq”, “hətta biz Əhli Beyti sizdən daha çox sevirik” və s. deyən bütün nasibilərə deyirəm ki, sözünüzdə doğrusunuzsa, onda buyurun müsəlmanların imamı Hz. Cəfər -Sadiq (ə) haqqında belə danışan nasibi İbn Sə’di rədd edin, dininizi onun kitab və rəvayətlərindən təmizləyin.

Əlavə 1: Ötən yazılarımızda etirazlarını cavablandırdığımız nasibi özü kimi axmaq ola din qardaşlarını (nasibiləri) aldatmaq haqqında bizim bu yazımıza öz aləmində bir cavab hazırlayıb. Həqiqətən çox düşündürücü bir vəziyyətdir. Görəsən niyə bu günə qədər bizim yazılarımız haqqındakı etirazlarına verdiyimiz cavablar haqqında bir şey düşünmür və yeni-yeni mövzulara yönəlir?

Nasibi deyir:

İbn Sə’d (r.ə) Cəfəri Sadiqin hədislərini zəif görübsə, bu onu sevmədiyi mənasına verir? Mövzuya başqa bir baxımdan baxaq. İbn Hibban “əl-Məcruhin”, 2/15 ‘də deyir:

(yوقال ابن حبان في “المجروحين” (2/15 :
” سئل علي بن المديني عن أبيه ؟ فقال : ” اسألوا غيري ” فقالوا : سألناك ، فأطرق ، ثم رفع رأسه وقال : ” هذا الدين ، أبي ضعيف ” انتهى .
Əli b. əl-Mədəniyə atası haqqında soruşuldu, dedi ki: “başqası haqqında soruşun”. Dedilər: “Səndən soruşduq” bundan sonra dedi : “bu dindir, atam zəifdir.”

Gördüyümüz kimi Əli b. əl-Mədəni atası haqqında “bu dindir, atam zəifdir” deyə cavab vermişdir. Görəsən bu söz Əli b. əl-Mədəninin öz atasını sevmədiyi mənasına gəlir? Təbii ki, xeyr və eyni şəkildə İbn Sə’din imam Cəfər haqqındakı sözü də bu mənanı ifadə etmir. Bu iddia çox məntiqsiz bir iddiadır.

Cavab: Həqiqətən bu nasibi digər nəsibilərdən fərqlidir. Belə ki, nə bunun hazırladığı antikvar “cavabları” , nə də bu tip bir axmaq daha əvvəl görməmişəm . Ay axmaq insan, Əli b. əl-Mədəniyə də, oun atasına da, İbn Sə’də də Allah lənət etsin. Deyək ki, Əli b. əl-Mədəni öz atasını sevir. Amma buna baxmayaraq onun haqqında belə bir söz deyir. Bu hər cərh edənin cərh etdiyi şəxsi sevdiyi mənasına gəlir ki?

Sonra, burada əsas məsələ sevib-sevməməkdən yox, sizin “biz Əhli Beytə itaət edirik” və s. kimi yalanlarınızı ifşa etməkdir. İbn Sə’d imam Cəfər -Sadiq (ə) -a dil uzadır, onu cərh edir, rəvayətlərini zəif sayır. Yəni onun rəvayət etdiyi hədislərə etibar edilməyəcəyini bəyan edir. Bundan artıq nasibilik olar? Sən isə sırf öz nasibiliyini göstərmək üçün İbn Sə’di müdafiə etməyə çalışır və “İbn Sə’d (r.ə)” deyirsən. Məhz bu qədəri sənin də, dininin də kimlərə əsaslandığını göstərir.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s