Cəhənnəmlik səhabə Kirkirə

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Hörmətli oxucular, nasibilərin imam və höccət olaraq gördükləri, “səhabə” dedikləri şəxslərin gerçəkdə kimlərdən ibarət olduğunu sizlərlə paylaşmağa davam edirik. Bu yazımızda paylaşacağımız mənbələr alkafi.net saytında “münafiq səhabələrin düşməni” nick ilə yazan qardaşımıza aiddir, yazının olduğu link: http://alkafi.net/vb/showthread.php?t=819

Haqqında məlumat verəcəyimiz nasibi səhabəsi’nin adı Kirkirə’dir. Həm Buxari’nin yazdığına görə (və bizim dəlil olaraq təqdim edəcəyimiz) hədis və həm də nasibi rocal alimlərinin bəyanı ilə bu şəxs səhabədir. İbni Hacər onu səhabə kitabında zikr edərək deyir ki:

كركرة مولى رسول الله صلى الله عليه وسلم كان نوبيًا أهداه له هوذة بن علي الحنفي اليمامي فأعتقه ذكر ذلك أبو سعيد النيسابوري في شرف المصطفى وقال بن منده له صحبة ولا تعرف له رواية
Rəsulullah s.ə.ə.’ın məvalisi Kirkirə… İbni Məndə dedi ki: “səhabədir və rəvayətləri bilinmir”.

İbni Hacər, “əl-İsabə”, 9/264, 7434-cü ravi

Nəbi s.ə.ə.’in məvalisi olan bu səhabə birbaşa nasibilərin mənbələrində Nəbi s.ə.ə.’dən rəvayət edilən hədisdə cəhənnəmlik olaraq qeyd edilməkdədir.

kirkire-buhari kirkire-buhari1

Rəsmdə gördüyünüz nasibi və sünnilərin “Quran’dan sonra ən güvənilən kitab” olaraq gördükləri “Səhihi Buxari”dir, işarələdiyimiz yerdə bu ifadələr var:

حدثنا علي بن عبد الله حدثنا سفيان عن عمرو عن سالم بن أبي الجعد عن عبد الله بن عمرو قال كان على ثقل النبي صلى الله عليه وسلم رجل يقال له كركرة فمات فقال رسول الله صلى الله عليه وسلم هو في النار فذهبوا ينظرون إليه فوجدوا عباءة قد غلها
Mənə Əli b. Abdullah rəvayət etdi, dedi ki: Süfyan mənə Əmr’dən, o Salim b. Əbu Cad’dan, o da Abdullah b. Əmr’dən rəvayət etdi, dedi ki: “Nəbi s.ə.ə.’ in yol ehtiyacı olan əşyası üzərində gözətçilik edən bir adam var idi, ona Kirkirə deyilirdi. Bu Kirkirə (bir gün) öldü, Rəsulullah s.ə.ə.: “Bu adam cəhənnəmdədir” buyurdu. (insanlar görəsən niyə cəhənnəmdədir deyə) ona baxmağa getdilər və onun geridə qoyduğu mallarının içində millətin malından oğurlamış olduğu bir əba tapdılar.”

Buxari, “əs-Səhih”, 2/380, Cihad və Siyər kitabı, 189-cu bab, hədis 3074

Hədisin “Səhihi Buxari”də keçməsi nasibilər nəzdində onun səhhəti üçün yetərlidir. Hədisdən açıq şəkildə göründüyü kimi Kirkirə deyilən bu şəxs zahirən müsəlman olmuşdu və Nəbi s.ə.ə. də onu əşyalarına gözətçilik etməsi üçün vəzifələndirmişdi. Nasibi rical alimlərinə görə bu şəxs səhabədir, çünki onlara görə iman etdiyini söyləyən və Nəbi s.ə.ə.’i 1 saatlığına belə olsa görən hər kəs səhabədir. Eyni zamanda səhabənin hamısının –səhabələr, tabeinlər və ilk müsəlmanların belə bir inancdan xəbərləri olmadığı halda– adil olduğunu iddia etməkdədirlər. Nəbi s.ə.ə. isə bu səhabənin cəhənnəmdə olduğunu söyləyir, bununla bərabər bu adam insanlardan bir əba da oğurlayıbmış.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s